"Blackberry"dən pasport smartfonu

02 Kasım 2014
1 467
0
"Blackberry"dən pasport smartfonu
"Blackberry"dən pasport smartfonu

Klaviaturlu telefonların az qala "əfsanə" olduğu bir vaxtda Blackberry şirkəti yenidən klaviaturlu smartfon istehsalına başlayıb, üstəlik kvadrat formada. 4,5 düymlü və 1440 x 1440 dəqiqlikli kvadrat displeyə malik yeni smartfon “Blackberry Passport” adlanır.

Doğrudan da bu smartfon ənənəvi pasport formasında və ölçüsündədir.

Smartfonun aşağı hissəsi “qwerty” klaviatura, yuxarısı isə sensor ekran ibarətdir. Bundan əlavə, "trek-bol" funksiyası əsasında smartfonun ekrana toxunmadan əməliyyatlar etmək mümkündür.



"Blackberry"dən pasport smartfonu


Smartfon 2,2 GHz takt tezlikli 4 nüvəli Qualcomm Snapdragon 801 prosessoru, 3 GB operativ yaddaş, 32 GB-lıq daxili yaddaş və 3540 mAh-li batareya ilə təchiz olunub. Cihaz BlackBerry OS 10.3 əməliyyat sistemi ilə çalışır. Smartfonun 13 meqapikselli kamera ilə təchiz olunmasına baxmayaraq, 4K formatlı videoları dəstəkləmir. Lakin istehsalçı söz verib ki, gələcəkdə yenilənmiş versiyanı təqdim edəcəklər.

"Blackberry"dən pasport smartfonu


Yeni smartfonun əməliyyat sistemi Android-də yazılmış tətbiqləri açmaq imkanına malikdir. Bu da çoxlu sayda proqram və oyunlardan istifadəyə imkan yaradır. Telefonda iki tətbiq mağazası var: ənənəvi BlackBerry World mağazası və Amazon Appstore. Korporatov istifadəçilər üçün BlackBerry Assistant vasitəsilə səsli və yazılı əmrlər vermək olur.

BlackBerry Passport ABŞ-da 599 dollara təqdim olunub və dünyanın 30 ölkəsində satışı nəzərdə tutulub. Yeni smartfon Azərbaycanın telefon mağazalarında 788 AZN-ə satılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.