Səhər oyananda gözləriniz şişirsə, bir dilim kartofu... – TƏBİİ MÜALİCƏ ÜSULLARI

31 Ekim 2021
1 360
0
Səhər oyananda gözləriniz şişirsə, bir dilim kartofu... – TƏBİİ MÜALİCƏ ÜSULLARI
Səhər yuxudan duranda göz qapaqlarınız şişir? Bunun bir çox səbəbi ola bilər. Başlıca səbəbi stress, yorğunluq, yuxusuzluq, ya da çox yatmaqdır. Səhər şişən gözləriniz üçün bir çox təbii müalicə üsulları mövcuddur. Feat.Az onları təqdim edir.



Buz




Xalq arasında da məlum olduğu kimi, şişin azalmasına faydalı olan buz, gözlər üçün də xilasedici bir əlacdır. Buz praktik və asan olması səbəbi ilə ən çox seçilən vasitədir. Bir parça buzu göz qapaqlarınıza və ətrafına dairəvi hərəkətlərlə gəzdirsəniz, qan dövranı sürətlənərək, şişliklərdən qurtulmanızı təmin edəcək.



Çiy kartof




Soyuducuda bir müddət saxlanılan çiy kartofu dilimləyərək gözlərinizin üstündə gəzdirin. Bundan sonra gözlərinizi bol su ilə durulamağı unutmayın. Kartofun soyuq vurulmasının səbəbi qan dövranını sürətləndirməsidir.



İdman etmək



Toksinlərin bədəndə yığılması bütün bədən üçün olduğu kimi, gözlər üçün də zərərlidir. Oyandığınızda gözləriniz şişibsə, bunun səbəbi toksinlərin, yəni bədən iltihabının göz hovuzlarında yığılmasından qaynaqlana bilər. Bu iltihabın orqanizmdən atılması üçün mütəmadi olaraq idman etmək təsirli bir vasitədir.



Yastıq duruşu



Yatarkən yastığınıza diqqət edin. Yastığınızın yüksək olması sizi səhər şişmiş gözlərdən qurtaracaq.



Bol su



Su içməyin bütün hallarda faydalı olduğu məlumdur. Gündə ən az 10-12 stəkan su içmək orqanizmdəki şişliklərdən qurtulmanıza kömək olacaq. Bundan başqa, kofein istifadəsindən uzaq durmağa diqqət etməlisiniz.



Çay paketləri




Qara və ya yaşıl çay paketlərini dəmləyib ilıq hala gətirdikdən sonra 10-15 dəqiqə gözlərinizin üzərində saxlayın. Gözlərinizin şişkinliyinin azaldığını və rahatlaşdığını dərhal hiss edəcəksiniz.



Yumurta ağı




Yumurtanın sarısını ayırıb, ağını yaxşıca qarışdırın. Qarışdırdığınız yumurtanı bir fırça ilə göz altına və göz qapağına vurub qurumasını gözləyin. Gözlərinizdəki gərginliyi hiss edəcəksiniz. Ayrıca bu gərginlik göz çevrəsindəki qırışlar üçün də olduqca faydalıdır. Quruyan yumurtanı 5-10 dəqiqə daha gözlərinizdə saxladıqdan sonra bol su ilə durulayın.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.