Qızıldan bahalı arı südünün İNANILMAZ FAYDALARI

27 Mart 2018
1 577
0
Qızıldan bahalı arı südünün İNANILMAZ FAYDALARI
Kilosu təxminən 1500-2000 manat arasında olan və qızılla yarışan arı südü bir çox xəstəliyə şəfa vermə xüsusiyyəti ilə məşhurdur. Feat.Az arı südünün bilinməyən faydaları barədə məlumat verir.



Gənc bal arılarının ifrazat vəzləri yardımı ilə istehsal etdikləri arı südünün faydaları saymaqla bitmir. Maye formasındakı bu südün sağlıq baxımından faydalarını duyunca çox təəccüblənəcəksiniz.



Arı südü sümük inkişafına, hüceyrə təzələnməsinə, mədə və bağırsaq narahatlıqlarına, immunitet sisteminin güclənməsinə kömək edir. Həmçinin insanın beynini rahatladaraq zəkasını da artırır. Kişi və qadınlarda ortaya çıxan cinsi problemlər zamanı, reproduktiv sağlamlıq problemlərin həll olunmasında faydası var.



Arı südü xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir. Mikrobları məhv etdiyi kimi, onların əmələ gəlməsinə də mane olur. Damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır. Arı südü asma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır. Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur.



Pətəyin üzərindən xüsusi hazırlanmış çubuq və qaşıqların yardımı ilə milliqram miqdarında tək-tək toplanaraq qablara doldurulur. Toplamadan dərhal sonra soyuduculara qoyulur, çünki arı südü açıq şəraitdə saxlansa xarab olur. Arı südünü toplamaq səbr istəyən bir işdir. Buna görə iməcilik şəklində toplanıb mühafizə edilir. Qızıldan daha qiymətli və dəyərlidir. Qiyməti 1500- 2000 manat arasında dəyişir. Çünki toplanması və saxlanması çox çətindir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.