Yazın ən zəhlətökən xəstəliyi: Allergik rinit nədir?

17 Nisan 2018
1 669
0
Yazın ən zəhlətökən xəstəliyi: Allergik rinit nədir?
Yaz fəsli mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Allergik rinit əsasən, çiçəklərin tozlanma dövründə baş qaldırır.

Feat.Az
lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyevanın dediyinə görə, fevral ayının ortalarından başlayaraq iyul ayının sonlarınadək Azərbaycanda gül-çiçək dövrü olduğundan bu xəstəlik aktual olur: "Bu dövrdə uşaqlar arasında allergik rinit hallarına rast gəlinir. Özü də güllərdən daha çox, alaq otlarından allergik reaksiyalar yaranır. Ən geniş yayılmış allergik reaksiyalardan biri pollinozdur. Buna çox vaxt mövsümü allergik rinit diaqnozu qoyulur. Bu zaman əsas dörd əlamət müşahidə edilir. Səhərlər dalbabal, 10-15 dəfə asqırma, burunun geyişməsi, şəffaf selikin gəlməsi və burun tutulması. Allergik rinitin müalicəsi əsasən, simtomatikdir. Buruna spreylər və digər dərman vasitləri ilə müalicə təyin edilir və s".

Həkimin sözlərinə görə, ən çətin müalicəyə tabe olan isə burun tutulmalarıdır: "Burun tutulması xəstəliyin yeganə əlamətidirsə, belə hallarda otolorinqoloqunda məsləhəti lazım ola bilər. Çünki bu simtom həm allergik rinitlərdə, həm də vazomotor rinitlər və ya burun çəpərinin əyriliyində də rast gəlinə bilər".

S.Vəliyevanın sözlərinə görə, fəsillə əlaqədar olaraq uşaqlarda allergik rinitin kəskinləşməməyi üçün valideynlər bəzi qaydalara əməl etməlidirlər: "Küləkli günlərdə pəncərələri açmaq məsləhət deyil. Bayıra çıxan zaman gözü tozdan qorumaq üçün göz eynəyindən istifadə etmək lazımdır. Evə qayıtdıqdan sonra insanın sifətində selikli qışanın olduğu bütün bölgələr yuyulmalıdır. Üz, qulaq yuyulmalı, buruna su çəkilməli, ağız yaxalanmalıdır".

Pediatr qeyd edib ki, allergik rinit ağır xəstəlik hesab edilməsə də, daha çox insanı narahat edən xəstəlikdir: "Hər bir xəstəlik insanın həyat keyfiyyətinə təsiri ilə ölçülür. Artıq dünyada qəbul edilib ki, allergik rinit insana ən çox əziyyət verən xəstəliklərdən biridir. Bu zaman insan iş qabiliyyətini itirir, fikrini toplaya bilmir, əsəb sistemi pozulur. Ona görə də allergik riniti olan insanlar, xüsusilə də uşaqlar bu reaksiyaları törədə biləcək faktorlardan qorunmalıdırlar".

Pediatr onu da bildirib ki, allergik riniti olan uşaqlar astmanın yaranmasına daha çox meyllidirlər: "Bəzən bu uşaqlarda səbəbsiz və heç bir xəstəlik olmadan öskürək ola bilər. Bu öskürək ətirlərin və dezodorantların təsiri nəticəsində yarana bilər, həmçinin, tüstü, toz ilə nəfəs aldıqda, səhət tezdən isti evdən soyuq havaya çıxarkən və sair. Bu simptomların əmələ gəlməsi allergik rinitlə bərabər, bronxların allergik prosesə qoşulmasından xəbər verir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.