Həyat yoldaşınızın başqası ilə öpüşdüyünü təyin edə biləcəksiniz - YENİ FIRÇA

13 Nisan 2018
1 429
0
Həyat yoldaşınızın başqası ilə öpüşdüyünü təyin edə biləcəksiniz - YENİ FIRÇA
Foreo şirkəti İccalexa yeni ağıllı diş fırçası istehsal edib. Fırça sahibinin ağız suyunu analiz edərək, onun əhvalını təyin edir və lazım gəldikdə səslərlə onu dəstəkləyir. İstehsalçılar əmindir ki, bu yenilik insanların psixiatrlara pul xərcləməsinin qarşısını alacaq.



Bu fırça ilə dişlərin təmizlənməsi T – Sonik səs pulsasiyası ilə baş verir. Fırçaya quraşdırılmış emosional intellekt isə insanın ağız suyunu müayinə edərək, onunla ünsiyyət qurur. Fırçanın "sadiqlik detektoru” funksiyası da var. Gadjet tüpürcəyin analizi ilə partnyorunuzun başqası ilə öpüşüb-öpüşmədiyini də təyin edə biləcək. Həmçinin fırça diş təmizləməyin vaxtını da sahibinin yadına salacaq.



Fırça USB ilə enerji yığır, qiyməti isə təxminən 400 dollar olacaq. Hazırda fırçanı sifariş etmək mümkündür.
medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.