Yaz yorğunluğundan qurtulmaq üçün için - RESEPT

25 aprel 2018
963
0
Yaz yorğunluğundan qurtulmaq üçün için - RESEPT
Yaz aylarında insanlarda ümumi bir halsızlıq və yorğunluq olur. Bu halsızlığı aradan qaldırmağın ən gözəl yolu isə sağlam qidalanmaqdır. Çünki bu cür problemlərin altında vitamin-mineral çatışmazlığı yata bilir. Feat.Az yaz yorğunluğundan qurtulmaq üçün faydalı içkilərin reseptini verir.



İmmunitet çayı:



2 stəkan su
2 xörək qaşığı ekineziya
1 çay qaşığı təzə zəncəfil
2 dilim yaşıl alma
1 çubuq darçın




Hazırlanması:



Bütün vəsaitləri qaynadın. Qaynadıqdan sonra 2-3 dəqiqə daha gözləyin və soyumağa qoyun. Süzərək isti və ya ilıq içə bilərsiniz.



Enerji verən içki - 1



1 kivi

1 stəkan kefir
10 ədəd çiy fındıq

4-5 yarpaq təzə nanə

Bütün vəsaitləri blenderlə qarışdırıb, təzə halda için.



Enerji verən içki - 2



Yarım banan
5-6 ədəd çiy badam
1 çay qaşığı kakao
2 ədəd xurma
1 stəkan süd



Bunların hamısını blenderlə qarışdırıb təzə halda için.
lent.az
Şərh Yaz