Milli sosial şəbəkənin hazırlanmasına daha bir cəhd - Azcope

28 Nisan 2018
1 628
0
Milli sosial şəbəkənin hazırlanmasına daha bir cəhd - Azcope
Milli sosial şəbəkənin hazırlanmasına daha bir cəhd edilib.
Link: www.azcope.com
Azərbaycanda növbəti dəfə milli sosial şəbəkə yaradılmasına cəhd edilib.
Azərbaycanlı gənc tərəfindən yaradılan www.Azcope.com - istifadəçilərinə hekayə, şəkil, video, musiqi, sual-cavab, blog, alış-veriş və s. yenilikləri öz profillərində paylaşmaq imkanı verir.

Saytdan bəzi funksiyalar:
Filmlər izləmək
Oyun oynamaq
Alış-veriş etmək
Tədbir yaratmaq
Müzakirələri bölüşmək
Dostlarını tapmaq
Məqalə və ya yazılar yazmaq
və daha çoxu.

TEST VİDEO :
[media=https://youtu.be/fpycIQlC7p8]


Belə ki, saytda özünüzə yeni hesab açaraq yeni insanlarla tanış olmaq və onları izləmək, dostlarınızla şəkillərinizi, videolarınızı, musiqilərinizi, yazılarınızı və ya satmaq istədiyiniz məhsulları paylaşmaq, öz qrupunuzu və ya səhifənizi yaratmaqla izləyicilərinizi bir yerə toplaya bilərsiniz.

Həmçinin Linkli paylaşımlarla dostlarınızı saytınıza cəlb edə bilərsiniz. Bununla yanaşı, statuslara rəy yazmaq üçün Azcope müxtəlif emojilərdən istifadə imkanı təqdim edir. Tezliklə yeni Emojilər və hərəkətli Stickerlərdə əlavə ediləcək.

Platformanın təqdim etdiyi funksiyalar həm dizayn, həm də işləməsinə görə Facebook, Instagram və Twitter-dən geri qalmır.

Audio və ya Video zəng xidmətləri və rahat mesajlaşma sistemi mövcuddur.

Belə ki, Facebook-un təqdim etdiyi xidmətlərin əksəriyyəti AZCOPE-də yaradılıb. Şəkilləri həm bəyənmək, həm bəyənməmək funksiyasıda mövcuddur.

AZCOPE hazırda WEB istifadəçiləri üçün təqdim edilib. Teliklə Android, İOS və Windows Phone platformaları üçün də tətbiqlər hazırlanacaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.