Bu qaydalara əməl edərək, ÖZ STİLİNİZİ YARADIN

06 Haziran 2022
1 874
0
Bu qaydalara əməl edərək, ÖZ STİLİNİZİ YARADIN
Hər kəs dəblə ayaqlaşmaq və cazibədar görünmək istəyir. Bəzən isə buna nail olmaq elə də asan olmur. Feat.Az dəb ikonası kimi görünməyiniz üçün 7 qaydanı diqqətinizə çatdırır.



Trendləri unudun



Bu qaydalara əməl edərək, ÖZ STİLİNİZİ YARADIN



Cazibədar görünməyiniz üçün ilk qayda öz trendinizi özünüzün yaratmağınızdır. Sizə yaraşan rəng və parçaları seçin.





Bədən formasına uyğun geyinmək







Bədən ölçülərinizi diqqətə alaraq geyinin. Öz bədəninizi tanımadan geyinsəniz, olduğundan kilolu və qısa görünə bilərsiniz. Hansı kəsim formasının sizə uyğun olub-olmadığına diqqət edin.





Əyləncə vacib deyil







Hər zaman rəngli paltar geyinməyi məcburiyyətə çevirməyin. Bəzən rəngsiz paltarlar da sizi daha şıq göstərə bilər.





Sadəlik







Zəhmət çəkmədən bir şıqlığa sahib olmaq istəyirsinizsə, sadə və düz rəngli paltarlarınızın üzərinə gözəçarpan aksessuarlar taxaraq, bu görünüşə sahib ola bilərsiniz.





Klassiklər







Qarderobunuzdan klassik, sadə parçaları əskik etməyin. Bunlar sizin gününüzü qurtaran paltarlar olacaq.





Paltarlar sizi geyinməsin







Zorla geyinmiş kimi görünməyin. Sizə yaraşdığını düşündüyünüz hər şeyi geyinməlisiniz.





İlham alın







Moda sizin içinizdə və ətrafınızdadır. Öz tərziniz üçün hər zaman arayışda olun. Köhnə jurnallar, filmlər və küçələr sizə moda mövzusunda ilham verə bilər.

lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.