Dibçəkdə nanə əkməyin QAYDASI

06 Mayıs 2018
1 250
0
Dibçəkdə nanə əkməyin QAYDASI
Ləzzətli dadı və gözəl ətri ilə salatlara, xörəklərə dad verən nanə həm də sağlamlıq baxımından olduqca faydalıdır. Nanəni hazır almaq əvəzinə evdə özünüz də əkə bilərsiniz. Feat.Az dibçəkdə nanə əkməyin qaydasını təqdim edir.



Lazım olanlar:



- Bağça torpağı
- Dibçək və bir neçə çınqıl daşı
- Nanə şitilləri
- Mala
- Bağça əlcəyi
- Püskürtmə pompası



Əkilməsi:



1-ci addım: Altında deşik olan bir dibçək seçin. Dəlikləri daşlarla örtün və üstünü torpaqla doldurub üst qismində 1, ya da 2 barmaq qədər boşluq buraxın.




2-ci addım: Mala ilə torpağın mərkəzində oyuq açın, nanə şitillərini dibçəyin içinə yerləşdirin və köklərini torpaqla örtün. Sonra torpağı sulayın.




3-cü addım: Nanə şitillərinin qurumaması üçün 1, ya da 2 həftə gözləyin. Torpağı mütəmadi olaraq nəmləndirin və tez-tez yoxlayın. Nanə şitilləri adətən 3 ay içində tamamilə böyüyür.




4-cü addım: Avqust və sentyabr ayı nanənin əsl yığım vaxtıdır. Səhər tezdən nanənizi yığa bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.