Şəkil çəkdirərkən poz verməyin hiylələri.

03 Kasım 2014
6 938
0
Şəkil çəkdirərkən poz verməyin hiylələri.
Şəkil çəkdirərkən poz verməyin hiylələri.

Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Şəkillərlə özəl anlarımızı ölümsüzləşdiririksə, niyə də poz verməyi bacarmayaq? Sadəcə çalışmaq lazımdır.

Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin.

Dümdüz kameraya baxmayın. Başınızı fərqli yönlərə əyərək poz verin. Hansı istiqamətdə baxarkən qəşəng göründüyünüzü bilmirsizsə, güzgünün qarşısınıda bunun üçün çalışın

Əgər profildən şəkil çəkdirirsizsə, qollarınızı bədəninizlə təmas etdirməyin. Bu zaman qollarınız olduğundan da qalın görünə bilər.

Şəkil çəkdirərkən sadəcə başınıza deyil, bədəninizə də müəyyən bir istiqamət verin. Düz dayandıqdan sonra bədəninizi 45 dərəcə istədiyiniz istiqamətə çevirin. Bir ayağınızı digər ayağınızın arxasına atın və bütün bədən ağırlığınızı arxadakı ayağın üzərinə yıxın. Əllərinizi belinizə qoyun

Ayaqlarınızı çarpaz tutun. Bu, ayaqlarınızın daha uzun görünməsinə kömək edəcək. Oturarkən ayaqların çarpaz qoyulması daha gözəl effekt verir.

Gülün, əhvalınız pis olsa da gülün. Unutmayın, xoşbəxt insanlar hər zaman şəkillərdə qəşəng düşərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.