Antibakterial məhsullar bizi ölümlə üz-üzə qoyurmuş - SENSASİYALI ARAŞDIRMA

08 Haziran 2018
883
0
Antibakterial məhsullar bizi ölümlə üz-üzə qoyurmuş - SENSASİYALI ARAŞDIRMA
Antibiotiklərə qarşı müqavimətin doğura biləcəyi problemlər uzun illərdir ki, müzakirə edilir və istehlakçılar bu mövzuda bilgiləndirilir. Ancaq bu sahədə yeni çalışmalar hər gün istifadə etdiyimiz təmizlik vasitələrinin də antibiotiklərə qarşı müqavimət yarada biləcəyini göstərir.

xəbər verir ki, Birminhem Universiteti və Norveç Axtarış Parkının araşdırmaçıları antibiotikə qarşı müqavimət yaradan bakteriyalar (kinolon bakteriyaları) əleyhinə savaşan bakteriyaların tez-tez istifadə etdiyimiz antibakterial təmizlik məhsullarının tərkibinə qatılan “triklosan” adlı maddədə olduğunu kəşf edib.

Araşdırmalara görə, kinolon müqaviməti mutasiyası bakteriyanın DNT hüceyrələrinə təsir göstərərək özünümüdafiə mexanizmlərini aktiv hala gətirir və bu müdafiə triklosana qarşı da gerçəkləşir.

Kinolon antbiotikləri önəmli və güclü təsirləri olan dərmanlardandır. Və yeni hazırlanan bu kəşf triklosan istifadəsinin də bu antibiotikə müqavimət göstərməsilə bağlı qayğıları özü ilə birgə gətirib.

Bunu sınaqdan keçirmək üçün aparılan araşdırmalar isə qayğıların haqlı ola biləcəyini göstərib. “E coli” adlı bakteriyalarla aparılan sınaqlarda triklosanın təsiri antibiotiklərin bakteriyalarla savaşmasını çətinləşdirib.

Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox təmizlik vasitələrində triklosan antibiotiki olduğu üçün hazırda belə vasitələrin istifadəsini dayandırmaq doğru olmaz. Sadəcə triklosanın miqdarının azalmasına şərait yaratmaq lazımdır.

Özəlliklə, uşaqları mümkün olduqca antibakterial sabun və təmizlik vasitələrindən uzaq tutmaqla zərərlərin qarşısını almaq vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.