Görmə qabiliyyətini əməliyyatsız, eynəksiz yaxşılaşdıran üsul

01 Temmuz 2018
1 249
0
Görmə qabiliyyətini əməliyyatsız, eynəksiz yaxşılaşdıran üsul
Uzun araşdırmalardan sonra bəlli olub ki, görmə qabiliyyətini ideallaşdırmaq üçün nə dərmanlara, nə də eynəyə ehtiyac var. Gün ərzindı bir neçə göz hərəkəti ilə ən uzaqgörən və yaxıngörən insana çevrilmək mümkündür.

Feat.Az
xəbər verir ki, görmə qabiliyyətini yaxşılaşdıran bu gimnastikanı gün ərzində 10 dəqiqə yerinə yetirmək lazımdır.

3-4 ay ərzində davam edəcəyiniz bu prosedur nəticəsində görmə qabiliyyətinizin necə gücləndiyinə özünüz şahid olacaqsınız.

Gimnastikanı ayaq üstə yerinə yetirmək daha məqsədəuyğun sayılır.

Bütün hərəkətlər üzü şimala yerinə yetirilməlidir.

Bu müddətdə tez-tez göz qırpmaq olmaz.

1. İşarət barmağınızın ucunu burnunuzun ucuna toxundurun. Gözünüzü qırpmadan baxışlarınızı barmaq ucunuzda cəmləyin. 2-3 dəfə dərindən nəfəs alın.

2. Barmağınızı qaşlarınızın arasına toxundurub, eyni hərəkəti yenidən yerin yetirin.

3. Yenidən barmağınızı burnunuzun ucuna aparın. Barmağınızı burunla parallel istiqamətə uzaqlaşdırıb, yaxınlaşdırın. Dərindən nəfəs alaraq barmağınızı izləyin. Bu hərəkəti də 3 dəfə təkrarlayın.

4. Barmağınızı qaşlar arasına gətirib, eyni hərəkəti yerinə yetirin.

5. Başınızı geriyə aparıb, burnunuzun ucuna baxın. Dərindən nəfəs almağı unutmayın.

6. Elə bu vəziyyətdə qaş arası nöqtəyə fokuslanmağa çalışın.

Bu hərəkətləri edərkən başınız gicəllənə bilər. Həmçinin dərindən nəfəs alarkən təmiz oksigen göz sinirlərini gücləndirdiyi üçün görmə qabiliyyətiniz də stabilləşir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.