Əldən soğan qoxusunun gəlməməsi üçün nə etməli?

23 Haziran 2018
1 296
0
Əldən soğan qoxusunun gəlməməsi üçün nə etməli?
Yemək hazırlayan zaman ən çox istifadə etdiyimiz tərəvəzlərdən olan soğan təəssüf ki, xoşagəlməz bir qoxu yaradır. Tabloid.az-ın mətbəx bölməsi əllərdən soğan qoxusunun gəlməməsi üçün təbii üsullar təklif edir:

1. Duz ilə ovun

Soyuq su ilə qarışdırılaraq məcun halına gətirilən duz əllərə sürtüləndə və yuyulduqdan soğan qoxunun aparır. Bundan başqa, təbii yumşaldıcı vəzifəsini yerinə yetirir. Ancaq bu əməliyyatdan sonra krem sürtməyi unutmayın. Çünki duz əllərinizin qurumasına səbəb ola bilər.

Əldən soğan qoxusunun gəlməməsi üçün nə etməli?


2. Əlləri pomidorlu suyunun içinə salın

Ən az 5 dəqiqə pomidorlu suyun içində qalan əllərdən soğan iyindən əsər-əlamət qalmayacaq. Sonra əllərinizi maye sabunu ilə yuyun.



3. Əlləriniz metala sürtün

Paslanmaz polad materiallar həyatın istənilən sahəsində istifadə edilir. Soğan soyduqdan sonra əlinizi kranın üstünə qoysanız, bu qoxu yox olacaq. Dəmir bir qaşıq da eyni işi görür. Çünki soğanın içərisində pis qoxuya səbəb olan sulfid molekulları metal ilə əks təsirə girərək qoxunun yaranmasını neytrallaşdırır.



4. Limon suyu ilə sürtün

Əllərinizi limonli suda 3 dəqiqə saxlandıqda qoxudan əsər-əlamət qalmadığını görəcəksiniz. Əgər limon yoxdursa, sirkə və ya qarqara da istifadə edilə bilər.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.