Kişinin ailə ilə birgə əyləşməsi...

03 Temmuz 2018
1 677
0
Kişinin ailə ilə birgə əyləşməsi...
Ailə öz-özlüyündə kiçik bir cəmiyyətdir. Əgər tərbiyə yolunda düzgün hərəkət edərsə bərəkət və faydası bütün cəmiyyətə sirayət edəcəkdir. Həmçinin əksi də.

Ona görə də dinimizin ən çox əhəmiyyət verdiyi mövzulardan biri - ailədir. Ailə səadəti, ailə üzvlərinin bir-birini sevməsi, bir-birinə hörmət etməsi və bir-birinin haqqına dəyər verməsi - dinimizin nəzərində ən böyük vəzifələrdəndir. Hər bir mömin çalışmalıdır ki, ailəsinin xoşbəxtliyi və rifahı üçün əlindən gələni etsin. Əgər ailəsi xoşbəxt olarsa, bu ailədə böyüyən uşaqlar da cəmiyyətə faydalı uşaqlar olacaqdır. Əgər ailə xoşbəxt olarsa deməli, həmin mömin axirəti üçün böyük azuqə toplamışdır və Qiyamət günü başıuca halda Allahın qarşısına çıxa biləcəkdir.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, övlad tərbiyəsi, həyat yoldaşına diqqət göstərmək, ailənin maddi və mənəvi ehtiyaclarını təmin etmək - ailə başçısının ən böyük vəzifələrindən biridir. Əgər bu vəzifəni layiqincə yerinə yetirə bilərsə, cəmiyyətdə də faydalı işlər görməyə qadir olar. Çünki o kəs ki, kiçik cəmiyyəti idarə edə bilərsə və onun səadəti üçün əlindən gələni edərsə, deməli böyük cəmiyyəti də idarə edə bilər və onu doğru yola yönləndirə bilər.

Peyğəmbərimiz (s) ailənin əhəmiyyətinə işarə edən bu kəlamında buyurur: "Kişinin ailəsi ilə əyləşməsi, Allah Təala yanında mənim bu məscidimdə etikaf etməsindən daha sevimlidir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.