Kişilər, siz də qüsursuz görünün

09 Eylül 2018
1 084
0
Kişilər, siz də qüsursuz görünün
Dəriyə qulluq təkcə qadınlara məxsus deyil. Kişilərin də saçları və üzləri qadınlar qədər qulluq tələb edir. Səliqəli, baxımlı görünmək kişinin həm karyerasında, həm də şəxsi həyatında mühüm rol oynayır. Ancaq kişilər çatlamış əllərinə, tökülən saçlarına qulluq etmək üçün çox nadir halda bərbərxanaya gedirlər. Onu da unutmayaq ki, elə ev şəraitində də istədiyiniz proseduru həyata keçirib daha baxımlı ola bilərsiniz.

Feat.Az
xarici KİV-ə istinadən bu dəfə kişilər üçün məsləhətlər təqdim edir:

Saç tökülməsinin qarşısını almaq üçün

1 xörək qaşığı küncüd yağına 2 xörək qaşığı bənövşə yağı və 1 yumurtanın sarısını əlavə edib, saçlarınızın dibinə sürtün. Bu maska saçların tökülməsinin qarşısını almaqla yanaşı, onun qalınlaşmasına və daha canlı görünməsinə kömək edəcək.

Siqareti tərgitdikdən...

• 8 saat sonra qandakı oksigen miqdarı qaydasında olur
• 24 saat sonra ağciyərdəki bəlğəm yox olur
• 48 saat sonra qan nikotindən təmizlənir
• 1 həftə sonra dad və iybilmə güclənir, dərinin rəngi normallaşır
• 1 il sonra ürək xəstəlikləri və infarkt riski yarıya enir

Qurumuş üz dərisi

Kişilərin üz dərisi qadınlara nisbətən daha kobud olur. Ancaq soyuq hava və şaxta kişilərin də üz dərisinə təsirsiz ötüşmür. Dəri quruyur, xoşagəlməz qabıqlar əmələ gəlir. Bunun üçün...

Söyüd ağacının yarpaqlarını qaynadıb, süzün. Yarpaqların üzərinə süd və yumurta ağı töküb, xeyli qarışdırın. Əldə etdiyiniz qarışığı günaşırı üzünüzə sürtün. Soyuq havada dodaqlar quruyub, çatlayır. Bunun üçün səhər evdən çıxmazdan əvvəl dodaqlarınıza bitki yağı sürtün. Gecə yatmazdan əvvəl isə dodaqlarınızı isti suyla silib, kərə yağı sürtün.

Bir çay qaşığı badam yağını eyni miqdarqa balla qarışdırıb, yatmazdan əvvəl dodaqlarınıza sürtün. Yarım saat saxladıqdan sonra yuyun.

1 çay qaşığı nanə və 2 çay qaşığı kəklikotu yarpağına bir az su töküb, qaynadın. Soyuduqdan sonra üzünüzdəki qara nöqtələrin üzərinə çəkin.

Üzdəki səpkilər üçün...
3 ədəd qurumuş dəfnə və 1 ədəd darçın yarpağını əzib, toz halına gətirin. Üzərinə ərik sıxıb, qaynadın. Soyuduqdan sonra yumurta sarısı və yarım fincan süd əlavə edib, möhkəm qarışdırın. Üzünüzdəki səpkilərin üzərinə sürtüb, yarım saat saxladıqdan sonra yuyun.

Əgər saç ustanız saçlarınızı ürəyinizcə kəsməyibsə, siz yeni imicinizdən narazısınızsa və saçlarınızın tez uzanmasını istəyirsinizsə...

Soğanı ət maşınından keçirib, suyunu sıxın. Soğan suyunu pambıq vasitəsilə saçlarınızın dibinə sürtün. Yarım saat saxladıqdan sonra yuyun. Bu proseduru 10 gün davam etdirin. Saçlarınızın dibinə qarğıdalı yağı da sürtə bilərsiniz.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.