Britaniyada necə qonaq gedirlər? - 10 sadə məsləhət

18 Ekim 2018
1 073
0
Britaniyada necə qonaq gedirlər? - 10 sadə məsləhət
Tutaq ki, sizi ingilislər öz evlərinə dəvət ediblər. Gözlənildiyi kimi, nahar yeməyinə və ev sahibləri qapını açır.

Bəs sonra? Özünü necə aparmalı? Özünlə nə gətirməli? Nə barədə söhbət etməli?

Böyük Britaniya - yazılmamış, lakin kifayət qədər ciddi qaydaları olan bir ölkədir.

Burada hətta konstitusiya yazılmamışdır, amma buna baxmayaraq tamamilə effektlidir.

Böyük Britaniyada qonaq getmək hansısa mənada Yaponiyanın çay mərasiminə bənzəyir.

Hər şeyin öz yazılmayan qaydası var.

Lakin əgər siz onları pozsanız yaxşı halda sizi barbar hesab edəcəklər və bu insanları bir də görməyəcəksiniz.

Xəbərdarlıq (Rusiyada buna indi disclaimer deyirlər). Aşağıda təsvir olunan qaydalar orta təbəqənin heteroseksual ingilislərinə (nə şotlandlara, nə uelslilərə, nə irlandlara və s) aiddir.

Alnın təriylə çörək pulu qazananlar, həmçinin qazanmağa ehtiyacı olmayanlar arasında davranış qaydaları adətən başqadır.

Daha bir xəbərdarlıq-disclaimer: hər bir qaydanın sonsuz sayda istisnaları var.

Dəvət

Kimsə kiminsə evinə heç vaxt elə belə gəlmir. Sizi dəvət edirlər.

Lakin başda onu anlamaq lazımdır ki, sizi həqiqətənmi qonaq çağırırlar.

Əgər siz "Siz bizə gəlməlisiniz" (You must come over) ifadəsini eşitsəniz xəbəriniz olsun ki sizi qonaq çağırmırlar.

Bu o deməkdir ki, onlar hal-hazırda sizin şəxsiyyətinizə öz müsbət münasibətlərini bildirirlər və fikirləşirlər ki yaxın il ərzində sizinlə nə vaxtsa yenidən görüşmək heç də pis olmazdı.

Yox əgər, bütün bunlara baxmayaraq siz onların qapısını döysəniz, onlar bundan şok keçirməsələr də həddən artıq təəccüblənəcəklər.

Əgər sizi həqiqətən qonaq dəvət etmək istəyirlərsə, sizdən şam yeməyinə, məsələn gələn ayın ilk şənbə günü, saat 6 və ya 7-də gəlməyin uyğun olub olmadığını soruşacaqlar.

Bu həqiqətən bir dəvətdir və sizi orada gözləyəcəklər.

Cavab ziyarəti nəzərdə tutula bilər, amma gözlənilmir.

Heç bir halda uşaqla gəlməyin, əgər sizə xüsusi olaraq onların da dəvətli olduğu deyilməyibsə.

Əgər sizin nəyəsə allergiyanız varsa və ya yeməyə aid arzularınız və ya qadağalarınız varsa sizi dəvət edən kimi bu barədə xəbər verin.

Vaxt

Əgər sizi müəyyən vaxtda dəvət ediblərsə, heç bir dəqiqə də tez gəlməyin.

Bu pis davranışdır və ev sahibləri siz onları duşdan çıxarkən, soba ilə mübarizə apararkən, döşəməni süpürərkən, makiyajın son cizgilərini bitirərkən və onların kimsəyə nümayiş etdirmək istəmədiyi başqa iş başında yaxaladığınıza görə bu qəribəliyi uzun illər xatırlayacaqlar.

Gecikmək də lazım deyil. 30 dəqiqə gecikmək qəbul ediləndir.

Yox əgər siz çox gecikirsinizsə, zəng edin üzrxahlıq edin.

Deyin ki, guya dəhşətli bir iş görmüsünüz və hər şeydə metronu, tıxacları, havanı, küçə intizamsızlığı, polisi, fırtınanı və tamamilə sizdən asılı olmayan şeyləri günahlandırın.

Çox gecikmədən sonra gələn zaman üzrxahlıq etməyi və zəlzələni, nümayişi, qatarları, futbol xuliqanlarını, öz uşaqlarınızı, yolu kəsən qoyun sürüsünü və s günahlandırmağı davam etdirin.

Lakin uzun müddət üzrxahlıq etməyin.

Üzrxahlığınızı iki dəfə təkrar edin, pis taleyinizdən şikayətlənin və bundan sonra bu mövzuya qayıtmaq lazım deyil.

Amma əliboş gəlməyin.

Ən yaxşısı əliboş gəlməyin. Gül və şokoladı unudun.

Bir şüşə şərab və ya şampan (əgər dəqiq bilirsinizsə ki ev sahibləri viski və ya belə şeylər həvəskarıdırlar ) gətirin.

Burada isə riyaziyyatla məşğul olmaq lazımdır.

Gəlməzdən əvvəl məhz özünüzün nə qədər içəcəyinizi hesablayın. İçkini elə gətirin ki ev sahiblərinə də bir şey qalsın.

Əgər bir şüşə içəcəksinizsə onda iki şüşə gətirin.

Şərab çox ucuz olmamalıdır, amma çox bahalısını da almağa dəyməz.

Yeri gəlmişkən, sizə evdə olan içkidən dərhal təklif edəcəklər. Bu içkinin dadını və qoxusunu tərifləmək lazımdır.

Əgər həqiqətən də içkini bəyənsəniz onun hardan alındığını soruşa bilərsiniz və bu cür tapıntıya görə ev sahibini tərifləyə bilərsiniz.

Ev sahibləri əgər içən deyillərsə, siz yeganə qonaq deyilsiniz. Ona görə də gələndə bir və ya iki şüşə içki gətirin.

Əgər təkcə ev sahibləri deyil, siz özünüz də içmirsiznizsə, o zaman ekzotik çay (mümkünsə paketlərdə, çünki hər kəsin evində çaydan yoxdur) gətirin, hansı ki sizin də xoşunuza gələcək və ev sahiblərini təəccübləndirəcək.

Əlbəttə ki istisnalar var.

Əgər ailədə balaca uşaqlar varsa onlara kiçik hədiyyə gətirmək olar, amma bu mütləq deyil.

Əgər söhbət evin içindəki şam yeməyindən deyil, manqaldan gedirsə o zaman pivə gətirmək olar, amma yaxşısını.

Manqal dəvətinə salat və ya buna bənzər bir şey gətirmək olar, amma ən yaxşısı əvvəlcədən soruşmaqdır. Və yadda saxlayın, heç bir halda sərxoş olana qədər içməyin.

Salamlaşma

Hər yerdə olduğu kimi, evə daxil olan zaman salamlaşmaq lazımdır. Burada müxtəlif cinslər və tanışlığın dərəcəsinə görə fərqli qaydalar var.

Əgər siz bir-birinizi o qədər yaxşı tanımırsınızsa, onda kişilər ev sahibindən başlayaraq ordakıların hamısının əlini (Rusiydan fərqli olaraq qadınların da) sıxır və özlərini təqdim edirlər.

Evin xanımının üzündən öpmək olar. Amma bu opüş bir saniyədən artıq olmamalıdır.

Qadınların seçimi çoxdur.

Onlar əli sıxa, yanaqdan öpə (həttə iki dəfə, öpüşlərin dəqiq sayı barədə müxtəlif fikirlər mövcuddur )bilərlər və eyni anda ikisini də edə bilərlər.

Ayaqqabı

Yaponiya, Kanada, İslandiya və Rusiyadan fərqli olaraq Böyük Britaniyada bununla bağlı hər ailənin öz qaydaları var.

Kimsə evə daxil olan zaman ayaqqabını çıxarır, kiminsə bu heç ağlına da gəlmir.

Bəs nə etməli?

Siz evin kandarını keçdiniz və gətirdiyiniz içki şüşəsini sizi qarşılayan ev sahiblərinə verdiniz. Siz onlarla öpüşdünüz və əl sıxdınız.

Və burada qərar qəbul etmək lazımdır.

Cəld ev sahiblərinin və orada olanların ayağına diqqət yetirmək lazımdır.

Əgər onların ayağında ayaqqabı varsa, siz də çıxarmayın. Əgər hamı corabda və ya ayaqyalındırsa siz də cıxarın.

Tərlik yoxdur. Onlar bu evdə yaşayan yaşlı adamlar üçün nəzərdə tutulub və sizə heç bir aidiyyatı olmayan şəxsi əşyadır.

Rezin çəkmələri isə həmişə soyunmaq lazımdır.

İltifat

Və siz artıq evdəsiniz və burda olanların hamısı ilə görüşdünüz.

Bu anda evin xanımına necə gözəl göründüyünü demək yaxşı olardı.

Daha sonra vaxtın bir hissəsini onların necə gözəl mebel, gözəl bağçaları olduğunu deyin.

Onların yaşadığı rayonu da tərifləyin.

Əgər rayon ən varlı və ya ən səliqəli rayon deyilsə, o zaman siz yol gələrkən burada hər şeyin göz qabağında yaxşılaşdığını, buranın yerdəki cənnət olmasa da, rahat ərazi olacağını söyləyin.

Yemək

Bütün qonaqlar (utanmadan geçikənlər istisna olmaqla) toplandıqdan təqribən yarım saat sonra hər kəsi masaya dəvət edirlər.

İlk yanaşdığınız stula əyləşməyin çünki digər qonaqların danşa bilməsi və tanış olması üçün sizin yerinizi dəyişəcəkıər.

Bir çox evdə həmçinin yazılmamış qanunlar var. Masa arxasında kişilər və qadınlar qarışıq əyləşirlər.

Həmçinin siz əgər sevgilinizlə gəlmisinizsə sizi masanın ayrı-ayrı yerində əyləşdirəcəklər ki, sizin digər insanlarla söhbətləşmək imkanınız olsun.

Masada qarşınızda boşqab, çoxlu bıcaq və çəngəl olacaq.

Yemək masanın mərkəzində qabda təqdim olunacaq. Hər kəs öz qabına hər gətirilən yeməkdən çəkir və onu masadakı qonşusuna ötürür.

Siz yeməyə başlayan kimi onu tərifləməlisiniz.

Əgər siz yeməyinizi tez yeyib qurtardınızsa, o zaman oturun və gözləyin ki sizdən nə vaxt təkrar istəyirsinizmi soruşsunlar.

Soruşan zaman isə inandırıcı olmayan dərəcədə imtina etmək lazımdır, amma sonra boşqabı doldurmaq lazımdır.

Lakin əvvəlki paydan iki dəfə az çəkmək lazımdır.

Çəngəl, bıçaq və qaşıqdan necə istifadə barədə də qaydalar var.

Bu qaydalar xaricilərə tətbiq edilmədiyinə görə, narahat olmayın. Yox əgər həyəcan keçirirsinizsə, o zaman qonşunuzun əl hərəkətlərini diqqətlə izləyin və onları təkrarlayın.

Söhbətlər

Ev sahibləri sizə yenidən yemək təklif edənə qədər gözləməyiniz daha yaxşıdır

Masa arxasında ətrafdakılarla danışın. Bir neçə mövzu var ki, onlara masa arxasında toxunmaq olmaz.

Din və siyasət barədə bir kəlmə də deməyin.

Əgər ev sahibləri bu mövzulara toxunublarsa, onda ətrafdakılarla ya razılaşmaq lazımdır, ya da bəzi lazımlı ifadələrlə söhbətdən yayınmaq.

Pul tamamilə qadağan olunmuş mövzudur, lakin bununla yanaşı üç istisna var.

İpotekanı, faiz dərəcələrini və inflaysiyanın səviyyəsini uzun-uzadı və ətraflı müzakirə etmək olar.

Sizə konkret sual verilərkən özünüz haqda çox və uzun müddət danışmanyın.

Məsələn, "Nə işlə məşğulsunuz?" sualına qısa cavab vermək olar.

"Mən mühəndisəm". Əgər sizdən məhz nə mühəndisi olduğunuzu soruşsalar, o zaman dəqiqləşdirə bilərsiniz ki, siz Avropada ən böyük tuneli tikirsiniz.

Həmsöhbətiniz sizə sement və torpaq şərtləri barədə sual verməyə davam edərsə söhbəti davam etdirmək olar.

Lakin yenə də uzun-uzadı deyil. Başlıcası artıq erudisiya nümayiş etdirməməkdir.

Hətta sizin soyadınız Einstein, adınız Albert olsa belə.

Hava, uşaqlar, ev heyvanları söhbət üçün yaxşı mövzulardır.

Reseptlər də yaxşıdır, amma nəyi necə hazırlmağınız barədə xırdalıqlara getməyin. Ümumi mənada deyin.

Heç vaxt kiminsə haqsız olduğunu deməyin. Ən yaxşısı "Nə maraqlıdır!" deyin və mövzunu dəyişməyə, ya da ki başqasıyla söhbətləşməyə cəhd edin.

Xüsusi məsafə

Şam yeməyindən sonra qonaqlar içməyə və söhbətə davam edəcəklər. İki qaydanı unutmaq lazım deyil.

Birincisi, kimsəyə 15-20 santimetrdən artıq yaxınlaşmaq olmaz.

İkincisi, kimsəyə əllə toxunmaq, çiyninə vurmaq və s olmaz.

İkinci qaydanın bir istisnası var.

Əgər siz qadınsınızsa və çox içmisinizsə, həmin vəziyyətdə olan digər qadınla yanaşı durmusunuzsa və ya oturmuzsunusa bir-birinizə toxuna bilərsiniz, amma yenə də müəyyən çərçivədə.

Sağollaşma

Bu da getmək vaxtı. Bunun da öz qaydaları var.

Sagollaşma salamlaşmadan bir qədər çətindir. Deyəsən elə bütün cinslər üçün.

Siz bütün qonaqları artıq tanıyırsınız. Artıq qucaqlaşa, yəni əlinizi "Good bye" dediyiniz adamın çiyninə qoya bilərsiniz və bədəninizin yuxarı hissəsiylə yüngülcə əks tərəfin bədəninə toxuna bilərsiniz.

Kişilər qadınların yanağından , çox nadir halda kişilərin də yanağından öpə bilərlər.

Əgər siz qadınsınızsa o zaman bütün cinsin nümayəndələrinin yanağından öpə bilərsiniz.

Qadınlar üçün bütün yanaqlar bərabərdir. Bədənin digər hissələrini öpmək tövsiyyə edilmir.

Qucaqlaşmalar və öpüşmələr bir saniyə, maksimum 2 saniyədən artıq çəkməməlidir.

Əl öpülməsi, hava öpüşləri, kniksen (ənənəvi salamlaşma jesti) köhnəlik və ya xarici hesab olunur. Və buna görə də çox aydın deyil.

Əgər söhbət iş günündən gedirsə, o zaman qapılara axşam saat 10-da yaxınlaşmaq lazımdır.

Cümə və şənbədirsə, saat 23-dən gecə yarısına qədər qala bilərsiniz. Əgər tələbə ziyafətində, toyda və ya dəfn mərasimindəsinizsə o zaman geç də gedə bilərsiniz.

Ən əsası evi sonuncu tərk etməməkdir. Bu ilk baxışda göründüyü kimi o qədər də çətin deyil. Əgər iki qonaq qalıbsa və onlardan biri çıxışa yaxınlaşırsa dərhal ona qoşulun və birlikdə çıxın.

Əgər ailədə balaca uşaqlar varsa, onları vanna otağına və yatmağa göndərməklə sizə getmək vaxtının yetişdiyinə işarə vuracaqlar.

Belə olan halda demək lazımdır ki, artıq getmək vaxtıdır. Əgər ev sahibləri sizin qalmağınızn əleyhinə deyillərsə bunu mütləq özləri deyəcəklər.

Əks halda - evə doğru.

Evdə isə hansısa ənənələrə və yazlmamış qanunlara diqqət etmədən ağlınıza gələni etmək olar.

Sizə qonaqlıqda kömək edəcək 5 ifadə:

How are you? ("Necəsiniz?") -bu sizin özünüzü necə hiss etməyiniz barədə sual deyil, bu sadəcə salamlaşmadır.

What do you do? ("Nə ilə məşğulsunuz?") -tanımadığınız insanla söhbətə yaxşı başlanğıcdır.

Can I help with the dishes? ("Qab yumağa kömək edim sizə?") - nəzakət göstərməkdir, sizi çirkli qablara yaxın buraxmayacaqlar, amma fədəkarlığınızı qiymətləndirəcəklər.

Please excuse me ("Zəhmət olmasa, bağışlayın") - masadan durmadan əvvəl demək lazımdır.

Thank you for having me ("Dəvətə görə sağ olun") - gedərkən bu sözlərlə ev sahiblərinə təşəkkür edin.
bbc.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.