Çox duzlu qidalar nələrə səbəb olur?
Körpələr doğulduqlarından etibarən acı qidaları ağızlarından püskürdüb, şirin qidaları seçərkən, duzlulara qarşı bir az laqeyd qalır. Bu reaksiyanın dəyişib-dəyişməyəcəyi körpələrin ilk aylarında nə yediklərinə bağlıdır. Bu fərq altı aylıqdan etibarən diqqətə çarpan bir şəkildə özünü göstərməkdədir.
O zamana qədər duz məzmunlu qidalar yeyən körpələr, əmzikdə saf içmə suyu yerinə duzlu su içməyi seçir. Eyni uşaqlarla məktəbdən əvvəl çağda edilən yeni testlər nəticəsində də uşaqlar, şəkər və şokolad yerinə cips və duzlu krakerləri seçdiklərini söyləyiblər. Araşdırmaçılara görə ilk uşaqlıq dövründə əldə edilən bəslənmə vərdişi, yetkinlərin az duzlu yeməklərə alışmalarının nə üçün bu qədər çətin olduğunu açıqlamaqdadır
Mütəxəssislərə görə, çox duzlu yemək aşağıdakıların riskini artırır:
Beyin qanaması
Qan-damar xəstəlikləri
Təzyiqin qalxması
Ürək çatışmazlığı
Böyrəkdə daş əmələ gəlmə
Şəkər xəstəlikləri