Diş ağrısının təbii yolla müalicəsi

10 Ekim 2018
1 338
0
Diş ağrısının təbii yolla müalicəsi
Stomatoloq dəstəyi almadan diş ağrısını necə aradan qaldırmaq olar? Bu suala cavab verməzdən əvvəl onu bilməliyik ki, qədim insanlar həkim dəstəyi olmadan ağrıya necə çarə tapırdılarsa, biz də həmin yolla getməliyik. Bu yollar isə təbii vasitələr sayəsində həyata keçirilir. İndi isə gəlin təbii vasitələrlə tanış olaq:

1. Su və yodsuz duz qarışımı

Bu qarışımı hazırlamaq üçün yarım stəkan suya 1-2 xörək qaşığı duz əlavə olunur və qarışdırılır. Daha sonra ağrı olan sahədə qarqara edilir. Duz ağrının azalmasına kömək edir. Bu prosesi gündə ən azı 3-5 dəfə təkrarlamaq lazımdır.

2. Ağartı məhsulları
Diş ağrıyan zaman bərk qidalar qəbul edilməməlidir. Daha çox mayedən istifadə edilməlidir. Xüsusən də, qatıq oduqca faydalıdır, çünki infeksiyaları ağızdan uzaqlaşdırır. Bunun sayəsində sağalma prosesi sürətlənir.

3. Nanə yarpağı
Nanə yarpağı ən qədim və təsirli üsullardan biridir. Burada sadəcə olaraq, nanə yarpağını ağrıyan sahəyə basırıq və 3-5 dəqiqə saxlayırıq. Bunun sayəsində ağızda olan iltihabın qarşısı alınır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.