Kartof qızartması (fri) hafizəni zəiflədər

24 Ekim 2018
1 216
0
Kartof qızartması (fri) hafizəni zəiflədər
Mütəxəssislər bu fkirdədir ki, kartof qızartmasının (fri) həm kişilərin və həm də qadınların hafizəsinə mənfi təsirləri vardır. Bu yeməkdə olan yağlar qandakı xolesterini qaldırar və ürək üçün zərərli olar. Bu qida ürək üçün zərərli olduğu kimi hafizə üçün də zərərlidir.

Bu tədqiqatda 18 min insan iştirak etmişdir. O insanlar ki, yağlı yeməklər yeyirdilər, onların hafizəsi get-gedə zəifləyirdi.

Qızartma yeməklər insanın sağlamlığına mənfi təsirlər qoyduğu kimi, çəkisini də artırar. Tədqiqatlar göstərir ki, çəkisi artıq olan insanların hafizəsi arıq insanlarla müqayisədə daha zəif olur.

Çəki artıqlığı bu gün dünyada ən mühüm problemə çevrilmişdir. Bu insanlar ürək xəstəliyi, diabet, qan təzqiyi xəstəliklərindən əziyyət çəkərlər. Bu insanların əsəb sistemi zədələnər və hafizələri zəif olar. Həkimlərin nəzərinə görə, insan sağlamlığına ən çox mənfi təsiri budların piylənməsi qoyar. Belə insanlar hafizə zəifliyindən daha çox əziyyət çəkərlər.

Həkimlər ona görə arıqlamağı və yağlı, qızardılmış yeməklərdən uzaq olmağı ən yaxşı müalicə yolu kimi tövsiyə edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.