Məktəbli necə qidalanmalıdır? — Uşağın çantasına nə qoymalı? » Feat.Az Sekiller, Xeberler, Yazili

Məktəbli necə qidalanmalıdır? — Uşağın çantasına nə qoymalı?

07 oktyabr 2018
196
0
Məktəbli necə qidalanmalıdır? — Uşağın çantasına nə qoymalı?
Bu gün artıq məktəblərdə dərslər başladı. Uşaqların orqanizm və beyinlərinin ən sürətlə inkişaf etdiyi məktəb dövründə sağlam qidalanma çox vacibdir.

Feat.Az
ölkə.az-a istinadən bu gün oxucularına məktəblinin necə qidalanması və çantasında hansı qidaların olması barədə məlumatı təqdim edir.

Məlum olub ki, uşaqların çantasında quru meyvə və çərəz mütləq olmalıdır. Həkimlər və dietoloqlar bildirirlər ki, səhər yeməyi çox vacibdir.

Eyni zamanda səhər yeməyində nələrin yeyilməsi də bir o qədər önəmlidir:

"Səhər yeməyində qanda şəkərin miqdarını artıran və azaldan şəkərli qidalar əvəzinə böyümək üçün lazım olan proteinlə zəngin süd, yumurta, pendir;

immunitet sistemini gücləndirən, vitamin və minerallarla zəngin tərəvəz və meyvə; gündəlik enerji ehtiyacının çox hissəsini təmin edən çörək və çörək məmulatları masada olmalıdır.

Süd, qaynadılmış yumurta, təzə sıxılmış meyvə suyu, pendirli omlet, qara zeytun, açıq rəngli çay, pomidor yumurta, çörək, süd, ballı çörək, banan, pendir məsləhət görülür.

Övladınızın çantasına isə fındıq, qoz, badam, əncir qurusu, üzüm qurusu, qaysı kimi quru meyvələr qoymaq məsləhətdir. Bundan başqa məktəbdə yemək üçün uşağa təzə sıxılmış meyvə suyu, kompot, ayran, simit, meyvə, süd, evdə hazırlanmış piroq, sendviç, çörəkarası kotlet də qoymaq olar.

Həkimlər bildirirlər ki, səhər yeməyini qəbul etməmək, kifayət qədər tərəvəz və meyvə qəbul etməmək, fast-food və qazlı içkilər qəbul etmək, tənəffüslərdə keks, şokoladlı çörək, meyvə suyu kimi şəkərlə bol qidalar qəbul etməkdir. Bu isə uşaqlarda köklük və anoreksiya xəstəliklərinə səbəb olur.

Nələr etməli?

Səhərə qəhvəaltı ilə başlamaq;

Sağlam sümük inkişafı üçün pendir, qatıq və süd qəbul etmək;

İmmunitet sistemini gücləndirmək üçün vitamin və minerallarla zəngin tərəvəz və meyvə yemək;

Ət, toyuq, balıq, quru paxla, süd, pendir, qatıq kimi qidalara üstünlük vermək;

Həftədə 2-3 dəfə balıq yemək;

Gündə 8-10 stəkan su içmək;

Hazır meyvə suyu əvəzinə meyvə yeyin;

Qazlı içkilər əvəzinə süd, ayran təzə sıxılmış meyvə suyu için;

Şəkər və şəkərli qidalardan uzaq durun;

Çox yağlı və çox duzlu çips, kraker kimi qidalardan qaçın

Qızardırlmış qidalardan uzaq durun;

Mayonez, krem kimi yağlı qidalar qəbul etməyin;

Açıq satılan qida və içkiləri almayın.
Şərh Yaz