“iPhone” istifadəçilərinin nəzərinə - Virus var

06 Kasım 2014
1 267
0
“iPhone” istifadəçilərinin nəzərinə - Virus var
“iPhone” istifadəçilərinin nəzərinə - Virus var

Amerikanın "Palo Alto Networks" antivirus şirkəti Çində yeni zərərli proqram təminatı aşkarlayıb. Həmin virus 350 mindən çox planşet və smartfonu sıradan çıxarıb. "Troyan" tipli virus "The Sims", "Angry Birgs" və "Battlefield" proqramları vasitəsi ilə, əsasən, iPhone smartfonlarında və Apple şirkətinin digər məhsullarında yayılır.

WireLurker adlı kompüter virusu hələ bu ilin iyunun 1-də Çinin Tencent İnternet şirkətinin əməkaşı Çyue Çao tərəfindən aşkar edilib. O, öz Macbook-unda şübhəli fayllar və proseslər aşkarlayıb. Bir neçə həftə sonra forumlarda Apple məhsullarındakı nasazlıqlar haqqında məlumatlar yerləşdirilib. Əsasən də, "Maiyadi App Store" mağazasından proqram yükləyənlər belə şikayətlər ediblər.

Palo Alto Networks-un məlumatına görə, mağazada olan, demək olar ki, bütün məhsullar vurisa yoluxub. Onlardan ən populyarı isə 42 min nəfər tərəfindən yüklənilən "The Sims" proqramı olub. Bundan başqa istifadəçilər arasında populyar olan "Angry Birds", "Spider 3", "Battelfield: Bad Company 2", "International Snooker 2012" və "Pro Evolution Soccer 2014" kimi proqramlar da virusun yayılmasında əhəmiyyətli rol oynayıb.

Həmin proqramlar Maiyadi serverlərində, Huawei və Baidu veb saytlarında olub. Son 6 ay ərzində viruslu proqramlar 356 min dəfə yüklənib. Həmin viruslar USB portlar vasitəsi ilə Apple kompüterlərinə də yoluxub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.