Gündə 20 dəqiqə gəzməyin faydaları araşdırılıb

27 Kasım 2018
865
0
Gündə 20 dəqiqə gəzməyin faydaları araşdırılıb
ABŞ alimləri sübut ediblər ki, gündə 20 dəqiqə gəzmək orqanizmdə iltihabi proseslərin azalmasına kömək olur.

Bu istiqamətdə aparılan tədqiqatlarda iştirak edən 47 könüllü hər gün 20 dəqiqə yüksək templə gəzib. Gəzintidən sonra isə tədqiqat iştirakçılarının qan analizləri aparılıb və hərəkət etdikdən sonra iştirakçıların qanlarında iltihabi markerlərin 5 faiz aşağı düşdüyü müəyyən edilib.

Araşdırmaların rəhbəri Süzi Xonq bildirib: "Hər dəfə idman etdikdə biz öz orqanizmimiz, həmçinin immun hüceyrələrimiz üçün xeyirli bir iş görmüş oluruq".

Həkimlər bildiriblər ki, fiziki aktivlik zamanı orqanizmdə hormon istehsalı artır bu da immun sisteminə müsbət təsir göstərən beta-2 andrenoreseptorları aktivləşdirir.

Onlar orqanizmi çox yormağı məsləhət görmürlər. Belə ki, tibb işçilərinin sözlərinə görə, gündə 15-20 dəqiqə yüksək templə gəzmək orqanizmdə iltihabi prosesin aradan qalxmasına kömək edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.