İzafi təmizkarlığın təhlükəsi aşkarlandı

30 Aralık 2018
1 012
0
İzafi təmizkarlığın təhlükəsi aşkarlandı
ABŞ-ın Şimal Qərb Universitetinin alimləri müəyyən edib ki, təmizləyici vasitələrin tərkibində olan triklozan maddəsi tozda "yatan" mikroorqanizmlərdə antibiotiklərə qarşı davamlılıq yaradır.

Feat.Az
oxu.az-a istinadən bildirir ki, bu haqda press-reliz "Phys.org" saytında dərc olunub.

Tədqiqatçılar insanların daha çox döşəməyə, parketə, tatamiyə və digər döşəmə üzlüklərinə toxunduğu və antimikrob salfetlərdən istifadə etdiyi 42 müxtəlif idman zalından nümunələr götürüb.

Məlum olub ki, daha yüksək triklozan miqdarı olan nümunələrdə antibiotiklərə qarşı genetik davamlılıq markerləri olub.

Triklozan maddəsi ABŞ-da 2017-ci ilə qədər dezinfeksiya vasitələrində geniş istifadə olunub. Ancaq sonradan ABŞ-ın qida məhsulları və dərman preparatlarına sanitar nəzarət idarəsi insanın endokrin sistemi və cinsi orqanlarına potensial zərərli olduğunu təsbit etdikdən sonra bu maddənin istifadəsi qadağan olunub.

Ancaq bir çox Qərb ölkələrinin təmizləyici vasitələrində, həmçinin diş məcunlarında və digər şəxsi gigiyena vasitələrində bu maddə hələ də öz geniş tətbiq olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.