Narkotik və zəhərə bərabər diş məcunları haqqında gizli informasiya - Özümüzü və ailəmizi könüllü məhv edirik

04 yanvar 2019
276
0
Narkotik və zəhərə bərabər diş məcunları haqqında gizli informasiya - Özümüzü və ailəmizi könüllü məhv edirik
Diş məcununu icad edənə bəlkə də əvvəllər rəhmət oxuyurdular. İnsanların ağız boşluğu gigiyenası üçün inqilabi kəşf idi. Amma getdikcə çeşidi artan, qazanc yeri olan, reklamı dayanmayan rəngbərəng diş məcunlarının tərkibi haqqında araşdırmaları oxuduqca insan məcunu icad edənin niyyətini anlamır. Deyilənə görə, diş məcunlarının tərkibində olan kimyəvi maddə, xüsusən də flüor qəsdən müasir insanların orqanizminə daxil edilir ki, beyində müəyyən proseslər getsin. İnsanın bu maddələrlə dəyişməsi hansısa qüvvələrin marağındadır. Gəlin görək pul verib evimizə gətirib, könüllü olaraq təmizlik adı ilə udduğumuz diş məcunlarının qorxulu tərəfləri hansılardır?

Flüor, uşaqlar və zəhərlənmə...

İlk növbədə flüor və onun birləşmələri tərkibli diş məcunları 5 yaşından başlayaraq uşaqlara və böyüklərə də məsləhət olunur və faydası barədə informasiyalar verilir.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, burada bir haşiyəyə çıxaraq Amerikada baş vermiş hadisəni xatırlatmaq istərdik: 8 yaşlı Molli Stat dişlərini yumağı xoşlayırdı. Bir dəfə o, diş məcununun üzərini oxuyaraq, atasından soruşdu. "Ata, məgər bu pasta zəhərlidir?". "Yox, qızım, bu nə fikirdir?" "O zaman niyə burda yazılıb ki, bu zəhərlidir, udmaq olmaz?"

Ata tyubiki götürüb diqqətlə oxudu. Həqiqətən də çox xırda şriftlə bu sözlər çap edilmişdi: "Əgər təsadüfən məcunu udsanız, təcili olaraq tibbi yardıma və həkimə müraciət edərək, zəhərlənməyə qarşı tədbirlər alın". Bu xırdalıqda şrifti böyük adam görə və ya oxuya bilməzdi, oxumaq heç ağlından da keçməzdi.

Bütün Amerika vətəndaşları kimi Pol elə hesab edirdi ki, mağazalarda satışa çıxarılan və uşaqlar üçün uyğun olan istənilən qulluq vasitəsi, yemək və su kimi təhlükəsizdir, sağlamdır.

Bunun belə olmadığını Amerika qida və dərman nəzarəti administrasiyası (FAD) yaxşı bilirdi və buna görə göstəriş verilmişdi ki, məcun istehsalçıları qutuda xəbərdaredici informasiyanı yazsınlar. Bu yazılar 1991-ci ildən peyda olmağa başlayıb. Çox xırda hərflərlə dozadan artıq məcun udulması barədə açıq-aşkar xəbərdarlıq olunur. Amerika Stomatoloji Assosiasiyasının təqdir etdiyi diş məcunlarının qutusunda isə belə bir mətn var:

"Udmaq olmaz. 6 yaşına kimi uşaqlar fırçanın üzərinə noxud ölçüsündə məcun qoymalıdır. Uşaqlar valideynlərin nəzarəti altında dişlərini yumalıdır ki, məcunu udmasına yol verilməsin".

Təbii ki, "zəhər", "zəhərlidir" sözü yoxdur, amma flüorid daşıyan sisternlərin üzərində zəhərin simvolu olan sümük və kəllə şəkli olur.

Bədənə qulluq vasitələrinin araşdırılması bölməsinin rəhbəri Recina Miskeviç deyir ki, əgər uşağa bir qaşıq flüorid versən, çox güman ki, onu yeməyəcək. Amma əgər qəsdən və ya bilmədən ağzına məcunu sıxıb udsa, onu dərhal xəstəxanaya çatdırıb, mədəsini yuyub, zəhərlənmə əleyhinə dərmanlar verilməlidir. Bu nə deməkdir? Bəli, o deməkdir ki, diş məcununda zəhərli maddə var, hər nə qədər az dozada olsa da bu, uşaqlar üçün təhlükəlidir.

Miskeviç daha irəli gedərək deyib: "Diş məcununda olan flüorid narkotik təsirli hesab olunur və bu narkotiki mağazada satmağa icazə var: müxtəlif vasitələrin tərkibində. Əgər biz bu məhsullardan istifadə ediriksə, flüorid orqanizmə düşür və mütləq dəyişikliklər yaradır. Bu, narkotik kimi asılılıq yaratmır, amma bu, 100% zəhərdir. Bu haqda məcun üzərinə yazsaq, o zaman istehlakçılar qapımızı kəsdirər, biz gərək burda işləməyək".

Digər tərəfdən, həkimlər deyir ki, 4-7 yaş arası uşaqlar özləri müstəqil olaraq udma refleksini idarə edə bilmir, bu arada onlar gözlərinə xoş gələn hər şeyi uda bilər. Ona görə məcunu özü fırçaya sıxan uşaq dozanı aşır və onu udur. Həm də istehsalçılar burda bir biclik işlədərək, uşaqlar üçün olan məcunlara əlavə dad, qoxu vururlar.

Flüorid kariesin qarşısını alırmı?

Flüorid təsirinə görə, həqiqətən diş minasında kariesə qarşı hansısa müdafiə rolunu oynayır. Amma bir xəstəlik də var: flüorozis. Bu halda orqanizmə çox miqdarda flüorid düşməsindən yeni çıxan və ya böyüyən dişlər rəngsizləşir, getməyən ləkələrlə örtülür.

Bu, daha çox gündə 2-3 dəfə dişlərini çox miqdarda məcunla yuyan məktəblilərdə rast gəlinir.

Amerika və Avropada hər il flüorid udulması nəticəsində zəhərlənmədən onlarla uşaq xəstəxanalara daxil olur. Əlbəttə onlar məhz məcundan zəhərləndiklərini bilmir, bunu həkimlər diaqnoz edir.

Amerika Stomatoloqlar Birliyi bu halların heç birində letal nəticə, yəni ölüm qeydə alınmadığını bildirir. Yəni, ölüm yoxdursa, qorxusu yoxdur? Bəs o maddələrin beyin, qaraciyər kimi orqanlara, gözə, sinirlərə, qana təsiri?

Diş məcunlarının əsas komponentləri və təsiri:

Sorbitol - məcunun qurumasının qarşısını alan mayedir. İşlədici təsiri var, bağırsaqlarda diareya yaradır. Uşaqlarda ishala səbəb olur.

Triklozan - ox reklam olunur. Əslində antibiotikdir. Ağız boşluğunda guya zərərli bakteriyaları məhv edir. Hər insanın ağız mikroflorasında həm də faydalı orqanizmlər var. Bu bakteriyalar ağızla orqanizmə daxil olacaq zərərli virusları zərərsizləşdirir. Triklozan sintetik antibiotik kimi ayırd edə bilmir, bu bakteriyaların hansı faydalıdır, hansı zərərli. Onun heç vecinə də deyil, yolundakı hər şeyi yuyur.

Amma sonra patogen bakteriyaların bu antibiotikə rezidentliyi yaranır, nəticədə onlar sonra daha tez və çox yayılaraq, ağız boşluğunun mikroflorasını pozur, disbakterioz yaradır. Ona görə dişləri yuyandan 2-3 saat ərzində ağız təravətli qalır, sonra daha pis qoxu gəlir.

Biz normalda ağızda faydalı bakteriyaların sayını artırmalıyıq ki, onlar zərərli mikrobları özləri tutub məhv etsin.

Laurilsulfat natrium - qutuda SLS - Köpükləndirmək üçün qatılır.

Əslində isə çox ucuz, zərərli kimyəvi maddədir. Bir çox təmizlik vasitələrində, gellərdə olur. Diş məcununa bir qədər zərərsiz, bahalı köpükləndirici maddə qatmaq əvəzinə ucuz yola gedilməsi, istehlakçıların biznes marağıdır.

Təsəvvür edin, sənayedə SLS qaraj, maşın yuyulması vasitələrində qatılır. Bu çox güclü yağ sökücü agentdir. Klinikalarda SLS dəri testlərində sınanır. Belə ki, təcrübələrdə heyvanların dərisinə bu maddə çəkilərək qıcıqlandılır, müəyyən xəstəlik yaranır, sonra müəyyən preparatları müalicədə sınaqdan keçirirlər.

Elmi araşdırmalar sübut edib ki, SLS gözlərə, ürəyə, beyinə keçir, orda qalır və orqanizmdən çətinliklə çıxır. Uşaqlar üçün bu maddə daha çox zərərlidir.

SLS uşağın göz ağının tərkibini dəyişir, kataraktaya səbəb olur. Ona görə uşaqlarda yaşlarına xas olmayan göz xəstəlikləri yayılıb.

Şampun və gellərdə də olan SLS qana keçir, orda toksinləşmə verir. Ona görə müasir şampunlardan sonra saçlar getdikcə cansızlaşır, qırılır, tökülür, quruyur.

Lourit sulfat natrium - SLES

Təmizləyici təsiri var. Məcuna çox köpüklənmə, sanki havalı, qatılıq kimi effekti verir. Əslində isə ucuz, zəif yuyucu maddədir. Tekstil sənayesində parçaları yumşaldıcı kimi istifadə olunur. Üstəlik SLES tərkibli mayelərlə avtomobilləri yuyurlar. Səthdən yağı effektiv yuyub aparır.

Orqanizmə çox düşdükdə toxumalarda yığılıb qalır, zəhərlənmə, halsızlıq və xərçəng yaradır. Uşaqlar üçün çox təhlükəlidir.

Dəridə və saçlarda getməyən plyonka yaradır. Dərinin səthini pozur, kəpək əmələ gətirir, saç hüceyrələrini zəiflədir.

Hamilə qadınların bu maddə ilə zəngin yuyucu maddələrdən çox istifadəsi dölün ürək, beyin və gözünə təsir edir. Ağız boşluğunda isə yaralar, xoralar, stomatit və s yaradır. Çənə-üz cərrahı Pol Barkvel bildirir i, ağız boşluğundakı xoralı yaralar Laurit sulfatsız diş məcunu istifadə etdikdə 70% hallarda azalır və itir.

Laurit natrium ağzın selikli qişasını qurudur, qida borusunu qıcıqlandırır, allergiya yaradır. Dişlərin emalını isə korlayır.

Eləcə də diş məcunlarına çox ucuz sintetik aromatizatorlar, dadlandırıcılar və rənglər qatılır.

Bir sözlə, diş məcununun tərkibində sənayedə rezin, plasmas, avtomobil yuyucularında istifadə olunan maddələr vardır. İndi özünüz nəticə çıxarın.

Bütün bunlardan sonra haqlı olaraq bir sual yaranır:

Niyə bu qədər zərərli maddələr insanların hər gün istifadə etdiyi vasitələrə qatılır, niyə şirkətlərə icazə verilir. Kim insanlığın düşmənidir?

Cavablar var:

-Guya diş məcunu və ya digər vasitələrə orqanizm üçün zərərsiz dozada maddələr qatılır ki, bu da insanı ən azından öldürmür. Yəni xəstəlik, fəsad problem deyil, əsas insan ölməsin.

-Qəpik-quruşa maddələrlə başa gələn məhsullar baha qiymətə satılıb milyardlarla gəlir əldə olunur

-İstehsalata ciddi nəzarətin və qadağa gücünə sahib təşkilatın olmaması, insanların səhhətinə biganə qalması və ya səhiyyə təşkilatlarına inamı

-Maddələrin maskalanması, başqa cür təqdim olunması, insanların doğru məlumatlandırılmaması, reklamların cəlbedici olması. Amma indi internet əsridir, informasiya açıqdır. Oxuyub, qərar vermək sizdən asılıdır.

Tübikin sonunda olan markerləşdirmə xəttinin və rənginin mənaları:

-Qara rəngdə - parodontozu artıran maddəsi var
-Qırmızı - sağlamlıq üçün təhlükəli maddələr var
-Göy - sintetik maddələr var
-Yaşıl - 100% natural və ekoloji təmiz maddələrdən hazırlanıb
-Deməli, siz ən azı göy, ən yaxşı halda yaşıl zolağı olan diş məcunu almalısız.
Şərh Yaz