Dərman atanda yediklərinizə diqqət etməlisiniz - Hansı preparat nə ilə reaksiyaya girir?

05 yanvar 2019
210
0
Dərman atanda yediklərinizə diqqət etməlisiniz - Hansı preparat nə ilə reaksiyaya girir?
Müxtəlif xəstəliklər zamanı qəbul edilən dərman kompleksləri bir-biri ilə reaksiyaya girərək orqanizmə əlavə təsir göstərə bilər. Həblər həmçinin də qəbul edilən qida, içki və bitkilərlə qarşılıqlı təsirdə ola bilirlər.

Feat.Az
medicina.az-a istinadən ehtiyat edilməli məqamları diqqətinizə çatdırır:

1. Statinlər və qreypfrut şirəsi

Statin qrupu dərmanları (qanda xolesterinin miqdarını azaldan dərmanlar) infarkt, insult və miokard riskini azaltmaq üçün təyin edilir.

Qanda xolesterin səviyyəsinin yüksək olduğunu bilən insanlar qida rasionlarına bir çox meyvə və tərəvəzləri daxil etməlidirlər. Buna görə də qreypfrut şirəsinin statinlərin parçalanma prosesinə təsir göstərdiyini bilmək vacibdir.

2. Varfarin və yaşıl tərəvəzlər

Varfarin preparatı (tromb əmələ gəlməsinin qarşısını alan dərman vasitəsi) təyin edildikdən sonra xəstədən qan analizi alınaraq dozanın düzgün seçilib-seçilmədiyi təyin olunmalıdır.

Tərkibində K vitamini olan qidalar (yaşıl yarpaqlı tərəvəzlər və yaşıl çay) varfarinin orqaznimdən çıxmasını sürətləndirir. Bu isə insult və infarkt riskinin artması deməkdir. Buna görə də dərmanı təyin edən həkim xəstənin qida rasionuna da diqqət yetirməlidir.

3. Antidepressantlar və ibuprofen

Antidepresanların ibuprofenlə qəbulu daxili orqanlarda, əsasən də mədədə qanaxmaya səbəb ola bilər. Əlamətləri tünd rəngli nəcis, madə koliki, yorğunluq, qusmaqda qan görünməsi, zəiflik və başgicəllənmədir.

Bu fəsaddan qaçmaq mümkündür. Belə ki, bu zaman mədəni qorumaq üçün lensopraol preparatı əlavə olaraq təyin edilməlidir.

4. Metronidazol və alkoqol

Antibiotik qəbul edərkən alkoqoldan istifadə etməmək qaydası əsasən metronidozola aiddir. Çünki bu zaman güclü ürəkbulanma və qusma meydana çıxa bilər. Buna görə də təyin olunan kursun bitməsindən sonra iki gün gözləmək lazımdır ki, preparat tamamilə orqanizmdən çıxsın.

5. Dazıotu və hamiləlik əleyhinə dərmanlar

Bəziləri belə hesab edir ki, bitki tərkibli dərmanlar tamamilə təhlükəsizdir. Məsələn, dazıotu trəkibli dərmanlar yüngül depressiya əlamətlərini aradan qaldırmaq üçün təyin edilir. Dazıotu bir çox dərman maddələrini parçalayaraq onların effektivliyini azaldır. Beləliklə də, məsələn, hamiləlik əleyhinə dərmanlarla birlikdə qəbul etdikdə sizin hamilə qalma şansınız artmış olur.

6. Kalsium əlavəsi və başqa preparatlar

Yaş artdıqca sümüklər kalsium itirərərək kövrəkləşir. Buna görə də yaşlı insanlara sümüklərin bərpa olunması üçün kalsium tərkibli dərmanlar və D vitamini təyin edirlər. Bu maddələr orqanizm üçün çox xeyirli olsalar da, bəzi dərmanlarla birlikdə əks təsir göstərə bilər.
Şərh Yaz