Balla qarışdırılmış bağayarpağı - Qışın dərmanıdır

08 yanvar 2019
151
0
Balla qarışdırılmış bağayarpağı - Qışın dərmanıdır
Bağayarpağı bitkisi yəqin ki, çoxunuza tanışdır. Demək olar ki, hər yerdə bitən bu yabanı bitki müalicəvi tərkibinə görə ən qiymətli bitkilərdən biridir.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, bağayarpağıdan hazırlanan preparatlar iltihabəleyhinə, yarasağaldıcı, qankəsici, sidikqovucu təsirə malikdir. Bu bitkinin şirəsi hipertoniya, ateroskleroz, daxili orqanların bir sıra kəskin və xroniki xəstəliklərində tətbiq edilir. Həmçinin mədə-bağırsaq xəstəlikləri, mədə xorası, onikibarmaq bağırsaq, kəskin və xroniki enterit, xoralı kolit və s xəstəliklərdə də istifadə edilir.

Haırlanması

1-ci üsul: yuyulmuş təzə yarpaqları az suda qaynadın. Daha sonra bir miqdar balla qarışdıraraq saxlayın. Öskürək zamanı hər saat 1 çay qaşığı qəbul edin.

2-ci üsul: yarpaqları yaxşıca yuyaraq doğrayın, sıxaraq şirəsini çıxarın. Eyni miqdarda bal ilə qarışdıraraq 20 dəqiqə qaynadın. Qastrit, kolik, kolit zamanı gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 x/q qəbul edin. Ağzı bağlı qabda sərin yerdə saxlayın. Qışda isə şirəni eyni miqdarda araq ilə qarışıdıraraq istifadə edə bilərsiniz.
Şərh Yaz