Yeməkdən sonra qarında ağırlıq, köp varsa...

01 Ocak 2019
1 203
0
Yeməkdən sonra qarında ağırlıq, köp varsa...
Bir çox müasir insanlar həzm pozulmalarından əziyyət çəkir.

Yeməkdən sonra qarında ağırlıq hissi, köp, meteorizm kimi simptomlar həzm proseslərində problemlərə işarə edir.

Bunun səbəbi hər hansı mədə-bağırsaq sistemi xəstəliyi ola bilər. Lakin bir çox hallarda bunun səbəbi daha bəsitdir. Bu düzgün olmayan qida vərdişləridir. Bu vərdişlər hansılardır?

1. Qida qəbulu zamanı çoxlu su və ya digər mayeləri içmək.

Maye mədə şirəsini durulaşdırır ki, nəticədə mədə şirəsinin turşuluğu normadan aşağı düşür. Bu isə həzmin pozulmasına səbəb olur.

2. Tez-tələsik yemək.

Həzm problemlərindən uzaq olmaq istəyirsinizsə, yeməyə kifayət qədər vaxt ayırın, tələsik, ayaq üstə yeməyin, hər tikəni yaxşı çeynəyin.

3. Çoxlu şəkər və karbohidratların qəbul etmək.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, şəkər və sadə karbohidratlarla zəngin olan qidalar həzm proseslərini pozur, köp və qıcqırmaya səbəb olur.

4. Gec saatlarda yemək yemək

İnsan orqanizmi müəyyən sirkad ritminə uyğun işləyir. Axşam və gecə orqanizmdə bir çox proseslər yavaşıyır. Bu həzm proseslərinə də aiddir. Bu səbəbdən gec saatlarda yemək yeyən insanlar həzm problemləri izə üzləşir.

5. Qida qəbulları arası "atıştırmalıq"

Həzm prosesi mürəkkəb və uzunmüddətli prosesdir. Əgər insan əsas qida qəbulları arasında tez-tez müxtəlif "atıştırmalıq" məhsullarını (peçenye, vafli, konfet və s.) qəbul edirsə, bu həzm sistemini həddindən artıq yükləyir ki, nəticədə həzmsizlik yaranır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.