Qadınlarda xərçəngin 5 ƏLAMƏTİ

27 Aralık 2018
1 384
0
Qadınlarda xərçəngin 5 ƏLAMƏTİ
Qadınlarda tapılan xərçəng növləri bir sıra əlamətləri ilə əvvəlcədən SOS siqnalı verir. Amma bəzi normal olmayan əlamətlər var ki, özlərində bu dəyişiklikləri hiss edən qadınlar təcili olaraq mütəxəssisə müraciət etməlidirlər.

Feat.Az
medicina.az-a istinadən qadınlarda xərçəng xəstəliyinin olduğunu göstərən 5 əlaməti təqdim edir:

Sürətli çəki azalması

Orqanizmin müəyyən bir tarazlığı var. Buna görə də orqanizmdə yaşanan qəfil və normal olmayan dəyişikliklər mütləq nəzərə alınmalıdır. Bu dəyişikliklərin ən əsası isə gözlənilmədən arıqlamaqdır. Bunun bir çox səbəbləri olsa da əsasən yoğun bağırsaq, mədə, ağciyər, mədəaltı vəz xərçəngi zamanı müşahidə edilir.

Udqunmaqda çətinlik

Bəzən insan udqunma problemi ilə üzləşə bilər. Bu zaman təşvişə düşməyə ehtiyac yoxdur. Ancaq bu hal tez-tez təkrarlanarsa, yemək yeyərkən, su içərkən çətinlik yaranırsa və sadalanan şikayətlərə qusma da əlavə olunarsa, o zaman mütləq həkimə gedilməlidir. Çünki bu vəziyyət qida borusu, mədə və boğaz xərçənginin əlamətləri ola bilər.

Aybaşından əlavə qanaxmalar olduqda

İki aybaşı arası rast gəlinən qanaxmalar düşünüldüyü qədər də təhlükəsiz deyil və diqqətə alınmalıdır. Bundan başqa, aybaşı dövrü çox ağrılı keçirsə və şiddətli qanaxmalarla müşayət olunursa, o zaman ginekoloqda müayinə olunmaqda fayda var. Çünki bu şikayətlər, kolorektal, uşaqlıq və ya yumurtalıq xərçənginin əlaməti ola bilər.

Süd vəzilərində dəyişiklik varsa

Qadınlarda ən çox aşkar olunan xərçəng növlərindən biri də süd vəzi xərçəngidir. Müalicənin effektiv olması üçün xəstəliyin tez aşkarlanması çox vacibdir. Buna görə də qadınlar öz sinələrini mütəmadi olaraq əllə yoxlamalı, kişik bir dəyişiklik müşahidə etdikləri zaman təcili olaraq həkimə yoxlanmalıdırlar.

Anormal şişkinliklər

Bir çox qadınların ümumi problemi olan şişkinlik bəlli bir həddə qədər normal qəbul edilsə də, bu hala qarın və qasıq ağrısı əlavə olunarsa, vəziyyət çox təhlükəli ola bilər. Əsasən də bir neçə həftədən artıq çəkən şişkinliklər yaşayırsınızsa, o zaman həkimə getmək üçün vaxt itirməyin. Çünki səbəbi yumurtalıq, mədə və ya qida borusu xərçəngi ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.