Qışda bel ağrılarının səbəbi və asan çarəsi

19 Ocak 2019
1 069
0
Qışda bel ağrılarının səbəbi və asan çarəsi
Qış aylarında bir çox insanlar bel ağırılarından şikayət edirlər. Bu halla tək yaşlı nəsil deyil, cavanlar da qarşılaşır.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qışda bel ağrılarının əsas səbəbi D vitaminin çatışmazlığıdır.

Bildiyimiz kimi, bu vitamin kalsiumun sümüklərə keçməsini təmin edir. D vitaminin əsas mənbəyi Günəşdir. Bu vitamin gün şüalarının dəriyə olan təsiri nəticəsində orqanizmdə sintez olunur. Soyuq fəsillərdə gün şüalarının az olması D vitaminin çatışmazlığına səbəb olur.

D vitaminin çatışmazlığı zamanı kalsium sümüklərə lazım olan miqdarda keçə bilmir ki, sümüklər yumşalmağa başlayır. Tibdə bu prosess" osteomalyasiya" adlanır. Osteomalyasiya sümük ağrılarına (xüsusilə də belin aşağı hissəsində) səbəb ola bilər.

Amerika alimlərinin araşdırması göstərib ki, bel ağrıları ilə qarşılaşan xəstələrin əksəriyyətində qanda D vitamininin göstəricisi normadan aşağı idi. Mütəxəssislər bu insanlara D vitamini təyin ediblər (D3, xolekalsiferol) və nəticədə xəstələrin 95%-ndə bel ağrıları xeyli azalıb.

Təbii ki, D vitamini qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək və lazım olan analizləri vermək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.