Kişilərin bu aksesuarı beyin qan dövranını pozur

25 Ocak 2019
974
0
Kişilərin bu aksesuarı beyin qan dövranını pozur
Şlezviq-Qolstayn Universitetinin (Almaniya) Tibb mərkəzinin alimləri sübut edir ki, qalstuk taxmaq beyin qan dövranına mənfi təsir edir.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, alimlər eksperiment zamanı 2 qrup cavan sağlam kişilərə nəzarət edirdi. Bir qrupda olanlar qalstuk taxırdı və gün ərzində onu çıxartmırdı, digər qrupda olanlar isə ümumiyyətlə qalstuk taxmırdı.

Müayinə zamanı məlum olub ki, birinci qrupda olan kişilərin əksəriyyətində beyin qan dövranında pozulmalar var. 2-ci qrupda olanlarda isə bu pozulmalara rast gəlinməyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, boyun damarlarının qalstukla uzun müddət ərzində sıxılması yolverilməzdir. Bu səbəbdən işlə bağlı olaraq daim qalstuk taxmalı olan kişilər onu sıx bağlamamalı və vaxtaşırı olaraq qalstuku çıxartmalıdırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.