Kassa çeklərinin ölümcül təhlükəsi açıqlanıb

29 Ocak 2019
1 005
0
Kassa çeklərinin ölümcül təhlükəsi açıqlanıb
İspaniya universitetinin alimlərinin araşdırmalarına əsasən, İspaniyada, Braziliyada, Fransada hazırlanmış termal kağız çeklərinin tərkibində bisfenol A maddəsi mövcuddur.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bisfenolun qadın hormonu estroqenlə oxşar olması, insan üçün təhlükəli olan reproduktiv sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Tədqiqat nəticələrinə əsasən, kassa çekləri qida məhsulları ilə təmasda olmamaldır. Eyni zamanda onları tullamamışdan əvvəl əzmək, üzərində qələmlə qeydlər aparmaq, onları saxlamaq qəti şəkildə məsləhət görülmür.

Alimlər bəzi təhlükəsiz sayılan çeklərdə də "bisfenol S" maddəsi aşkar etmişdir. Bu da əvvəl qeyd olunan maddələr kimi hormonal pozğunluğa gətirib çıxarır. Belə maddələr ürək xəstəliyi, sidik-cinsiyyət, sonsuzluq, piylənmə və xərçəng kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.