Artıq çəkili insanların beyni daha kiçik olur

09 fevral 2019
179
0
Artıq çəkili insanların beyni daha kiçik olur
İngiltərəli alimlər uzun müddət apardıqları araşdırmaların nəticələrini açıqlayıblar. Belə ki, alimlər ortalama 55 yaşı olan 9 min 652 nəfər üzərində apardıqları araşdırma zamanı maraqlı nəticə əldə ediblər.

Feat.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər belə qənaətə gəliblər ki, artıq çəki beynin kiçilməsinə səbəb olur. Bu isə beynin normal olaraq fəaliyyət göstərməsində problemlərə gətirib çıxarır.

Alimlər bildirib ki, beynin kiçilməsinə əsas səbəb bədəndə toplanan artıq yağ qatıdır. Lakin həddindən artıq çəkinin beyində anormallıq yaradıb-yaratmaması ilə bağlı alimlər hələ ki, bir qənaətə gələ bilməyiblər.
Şərh Yaz