Qış xəstəliklərindən belə qorunun

08 Kasım 2014
1 335
0
Qış xəstəliklərindən belə qorunun
Qış xəstəliklərindən belə qorunun

Soyuq aylarda bitki çayları sayəsində bədəni təhdid edən və xəstəliklərə səbəb olan bakteriya və viruslara qarşı dözümlülüyü artıra bilərik. Qış xəstəliklərindən təsirli şəkildə qorunmağın təbii yollarından biri olan bitki çayları orqanizmə antibakterial təsir göstərir. Beləliklə, bitki çayları qış mövsümünü son dərəcə sağlam şəkildə başa vurmağa kömək edir. Bəs qış mövsümündə hansı bitki çayları içməlidir?

Qış mövsümündə bədənin müqavimətini artırmaq və immuniteti gücləndirmək üçün içilməsi lazım olan bitki çayları siyahısında ilk olaraq cökə çayı gəlir. Ədviyyatlarla zənginləşdirilmiş bir çox bitki çaylarının da qış mövsümündə içilməsi mütəxəssislər tərəfindən təklif edilir. Xüsusilə də mixək, hil, istiot, zəncəfil və darçın ədviyyatları ilə zənginləşdirilmiş olan yaşıl çay, mütəxəssislər tərəfindən şiddətlə tövsiyə edilir.

Darçın çayı da qış mövsümündə içilməsi tövsiyə edilən bitki çaylarından biridir. Soyuqdəyməyə çox yaxşı təsir edən darçın çayını istər sadə içə, istərsə də boğaz ağrılarından xilas olmaq üçün qarqara edə bilərsiniz. Mixək çayı da, darçın kimi ağız və boğaz infeksiyalarına yaxşı təsir edir. Bunlarla yanaşı səhləb çayı da faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.