Qısa zamanda 25 kq arıqladan effektiv vasitə - YEMƏKDƏN ÖNCƏ...

14 Nisan 2019
1 139
0
Qısa zamanda 25 kq arıqladan effektiv vasitə - YEMƏKDƏN ÖNCƏ...
Pəhriz siyahılarının məşhur menyularından olan alma sirkəli sarımsaq turşusu 3 ayda 25 kq çəki itirməyə yardımçı olur.

Bəs sarımsaq turşusu insanı necə arıqladır? Ağızda xoşagəlməz qoxu yaradırmı? Faydaları nələrdir?

Feat.Az
publika.az-a istinadən xəbər verir ki, sarımsaq çox güclü antioksidant qaynağıdır. Xüsusilə, xərçəngə qarşı qoruyucu gücə malik olan sarımsaq Alzheymer kimi xəstəliklərin müalicəsi üçün də təbii vasitələrdən biridir. Bununla yanaşı, artıq çəkidən qurtulmaqda ideal rol oynayır.

Diqqət edilməsi lazım olan məqamlar

Hər kəsin asanlıqla istifadə edə biləcəyi sarımsaq turşusunun saxlandığı qabın qapağı kip şəkildə bağlanmalıdır. Bu turşu hazırlandıqdan 15 gün sonra istifadə oluna bilər. Yeməkdən öncə sadəcə bir çay qaşığı qəbul etməyiniz kifayətdir. Ağızda tünd qoxunun qalmaması üçün yedikdən sonra üzərindən su içə bilərsiniz.

Hazırlanma qaydası

1 litr təmiz alma sirkəsi

250 qram döyülmüş sarımsaq

1,5 litrlik şüşə qab

Alma sirkəsi ilə sarımsağı qarışdırıb işıq şüaları düşməyən, qaranlıq yerdə saxlayın. 15 gündən sonra çıxarıb istifadə edin.

Faydaları

Metabolizmi sürətləndirərək yağların yandırılmasına yardımçı olur. Buna görə də qısa müddətdə effektiv nəticə göstərir. Toxluq hissi verir. Dərinin sağlamlığını qoruyur və ləkələrin yaranmasının qarşısını alır. Bağırsağın fəaliyyətini yaxşılaşdırır və həzmi sürətləndirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.