Sehrli bal masajı: saçlarınıza möcüzəvi təsir edəcək

28 Nisan 2019
941
0
Sehrli bal masajı: saçlarınıza möcüzəvi təsir edəcək
Təbii anti-bakterial olan bal, orqanizmi gücləndirir və saçlarınıza əlavə güc verir.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, bal saçları vitamin və mineralla qidalandırır. Bal maskası ilə saçlarınız daha güclü və parlaq olacaq.

Hazırlanma qaydası

1 yumurta sarısı

3 yemək qaşığı bal

1 avokado

Ərzaqları qarışdırın. Saçlarınızın hər yerinə istifadə edin və 30 dəqiqə saxlayın. Daha sonra normal temperaturda su ilə durulayın. Bunu həftədə ən az iki dəfə təkrarlayın.

Quru saçlar üçün

1 stəkan bal

2 yemək qaşığı zeytun yağı

Təmiz saçlara bir neçə dəqiqə masaj edin. 20 dəqiqə saçınızda saxladıqdan sonra ilıq su ilə durulayın.

Saç tökülməsinə qarşı

1 çay qaşığı darçın

3 çay qaşığı zeytun yağı

3 çay qaşığı bal

Ərzaqları qarışdırın və saçınızın dibinə 5-10 dəqiqə masaj edin. Uclara qədər istifadə etməyinizə ehtiyac yoxdur. Sonda isə ilıq su ilə durulayın.

Zədələnmiş saç ucları üçün

1 stəkan balı saçlarınızın hər tərəfinə masaj edin. 20 dəqiqə saxlayın. Bu üsulla saçlarınız qidalanar və əvvəlki parlaqlığına geri dönər.

Yağlı saçlar üçün

4 qaşıq bal

2 limonun suyu

Qabda yaxşıca qarışdırılmalı, saç dərinizə masaj edilməlidir. Saçınızda 3 dəqiqə saxlanmalıdır. Sonda isə bol su ilə yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.