Bədəndə maddələr mübadiləsini sürətləndirməyin 5 YOLU

15 Mayıs 2019
1 015
0
Bədəndə maddələr mübadiləsini sürətləndirməyin 5 YOLU
Yay ayları yaxınlaşdıqca arıqlamaq, artıq çəkidən qurtulmaq istəyənlərin sayı artır. Bunun üçün isə metabolizmi gücləndirmək lazımdır.

Feat.Az
ölkə.az-a istinadən metabolizmi gücləndirməyin 5 üsulunu təqdim edir.

1.Səhər yeməyindən imtina etməyin

İşiniz çox olduğu üçün və ya kalori qəbulunu azaltmaq üçün səhər yeməyindən imtina edirsiniz. Amma araşdırmalar sübut edib ki, əslində bu, çəki artımına səbəb olur. Səhər yeməyində qaynadılmış yumurta, qatıq, pendir kimi proteinli qidalar qəbul etmək lazımdır.

2.Daha çox protein qəbul edin


Yumurtanın ağı, pendir, yağsız ət, toyuq və balıq kimi qidalarda olan proteinlər piyin əriməsini sürətləndirir və arıqlamağa kömək edir.

3.Un məhsullarından uzaq durun


Çörək, makaron, şirniyyat kimi un məmulatlarından uzaq durun. Çünki bu qidalar həddən artıq insulin ifrazına səbəb olur və kökəlmə ilə nəticələnir.

4.Bu qidalara üstünlük verin


Meyvə, səbzə kəpəkdən hazırlanmış məmulatlar qanda şəkərin miqdarını çox artırmadığı üçün məsləhət görülür.

5.Gündə 3-4 fincan yaşıl çay


Yaşıl çay xərçəng və ürək xəstəliklərinə qarşı mübarizə aparmaqla yanaşı arıqlamaq üçün də sizə kömək edir. Gündə 3-4 dəfə təzə yarpaqlardan dəmlənmiş yaşıl çay əladır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.