İtburnu çayının hamiləlilər üçün faydaları

05 Mayıs 2019
1 556
0
İtburnu çayının hamiləlilər üçün faydaları
İtburnunun faydaları haqda yəqin ki, çoxları bilir.

Feat.Az
e-tibb.az-a istinadən bildirir ki, bu müalicəvi bitkidən bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Bəs hamilələr necə, itburnudan istifadə edə bilərlərmi?

Ginekoloq, uzman həkim Rəxşəndə Aslanova bildirib ki, gələcək analar itburnu ilə orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. İtburnu bitkisinin tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir.

İtburnu çayı:

1. İmmuniteti gücləndirir

2. İltihabi proseslərin qarşısını alır

3. Soyuqdəymə zamanı olduqca xeyirlidir

4. Sinir sistemini sakitləşdirir

5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır

6. Mədə ağrılarını götürür

7. Bağırsaqların təmizlənməsinə kömək edir

8. Ürək-damar xəstəlikləri üçün faydalıdır

9. İştahanı açır

10. Qan təzyiqini aşağı salır

11. Maddələr mübadiləsini normallaşdırır

12. Sidikqovucu xassəyə malikdir

13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir

Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər. İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.