Sabah hava nece olacaq?

10 Kasım 2014
4 129
0
Sabah hava nece olacaq?
Sabah hava nece olacaq?

Mülayim cənub-şərq küləyi əsəcək.

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 19 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FeaT.Az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 11-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.