Bu əlamətlər varsa sizdə yağ çatışmır – Ağrı, yaddaş, diqqət pozulması, depressiya...

23 iyul 2019
211
0
Bu əlamətlər varsa sizdə yağ çatışmır – Ağrı, yaddaş, diqqət pozulması, depressiya...
İnsan orqanizmi elə mürəkkəb mexanizmdir ki, orda hər hansı element çatışmadıqda, sistemdə geriləmə başlayır. İnsanlara elə gəlir ki, yağ yemək zərərlidir, bədənə yağ lazım deyil, xüsusi qadınlar bunu piylənməyə, köklüyə bağlayıb, yağdan imtina edir.

Bu isə orqanizmdə yağ defisiti yaradıb,bir çox pozulmalara səbəb olur.

Feat.Az
orqanizminizdə yağ çatışmazlığını göstərən əlamətləri təqdim edir.

1.Daim aclıq hissi, qarşısı alınmaz iştaha

Məhz yağlar, xüsusən doymuş yağlar aclıq hissini nəzarətdə saxlayır. Yağ çatışmazlığı insanda toxluq hissini öldürür, o daim ac olduğunu düşünüb, çox yeyir.

Çoxları dieta zamanı yağsızlıqdan əziyyət çəkdiyi üçün aclıq hiss edir, ona görə dietanı pozaraq, yeməyə qayıdır. Beləcə, insan daim bu problemin əsirinə çevrilir. Yağ həm də qanda qlükozanın səviyyəsini saxlayır ki, bu da arıqlamağa və az yeməyə təkan verir

2.Quru, cansız, solğun dəri

Sağlam dəri təmiz, parlaq, işıqlı olmalıdır. Quru,solğun, parlaq olmayan dəri orqanizmdə faydalı yağların çatışmadığını göstərir. Ona görə qoz, fındıq, kətan yağı, balıq yağı və avokado yeməlisiz. 15 gün sonra nəticəni görəcəksiz.

3.Qırılan nazik dırnaq və saçlar

Yağsız qidalar, pəhrizlər saçlara, dırnaqlara, sümüklərə zərbə vurur

4.Soyuq və titrəmək

İsti aylarda da titrəmək, əl-ayağın buz olması, soyuq hiss etmək o deməkdir ki, orqanizmdə kəskin yağ defisiti var. Məhz yağlar orqanizmin istilik sistemini tənzimləyir

5.Yorğunluq, halsızlıq

Səhər tezdən yorğunluq, bir iş görməmiş halsızlıq o deməkdir ki, qanında qlükoza bir normada qalmır, qalxır, enir. Bunun üçün də yağ lazımdır.

6.Diqqət və yaddaş pozğunluğu

Gündəlik yağ norması qəbul olunmadıqda, beyində proseslər pozulur, müəyyən geriləmə başlayır. Çünki beyinə də yağ lazımdır

7.Əsəbilik, depressiya, nevroz

Səni hər kiçik şey özündən çıxarır. Hər gün qəm-kədərə bürünüb, ağlamaq istəyirsən? Yata bilmirsən? Deməli faydalı yağlar yemək zamanıdır


8.Görmənin zəifləməsi

Balıq yağı, Omeqa 3 görmə üçün vacibdir.

9.Səbəbsiz ağrılar, oynaq ağrıları

Artrit və artrozun yaranmasını istəmirsənsə, yağlarla dostlaş

10.Hormonal pozulmalar

Cinsi hormonların azlığı yağsız qidalanmanın nəticəsidir. Yağsızlıq menstrual tsikli pozur, hamilə qalmağa mane olur. Qadınlar nəzərə alsın

Bəs yağ dedikdə nə nəzərdə tutulur: Faydalı yağ qoz, fındıq, aracis, tumlar, zeytun, avokado, quyruq yağı, kərə yağı, kokos yağı, balıq yağı və yağlı balıq növlərindədir. Bunları menyuya daxil edin
Mənbə:medicina.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)
21:00
658

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)
20:00
2 052

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)
19:00
739

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)
18:00
618

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT
17:00
149

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
240

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (56)
15:00
676

Sevgilim Yazılı Şəkilləri 2019 (56)

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
14:00
117

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar
13:00
434

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ