Uşaqları kiberməkanın təhlükələrindən necə qorumaq olar?

12 Kasım 2014
1 032
0
Uşaqları kiberməkanın təhlükələrindən necə qorumaq olar?
Uşaqları kiberməkanın təhlükələrindən necə qorumaq olar?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Uşaqların internet təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da internetdə yayılan təhlükəli, yönləndirici informasiyaların uşaqların psixologiyasına təsiri və bunlarla mübarizə yolları ətrafında müzakirələr aparılıb.

Nazirliyin şöbə müdiri Bəxtiyar Məmmədov diqqəti uşaqların kiberməkanın mənfi təsirlərindən qorumağın vacibliyinə yönəldərək bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, ölkənin təhsil müəssisələrində filtrasiya sisteminin tətbiq olunur. Bir neçə internet provayderi uşaqlar üçün təhlükəsiz internet xidməti paketi təqdim edib.

Qeyd edək ki, “dəyirmi masa” Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə “Uşaq hüquqları” aylığı çərçivəsində keçirilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.