Orxan Zeynalov azadlığa çıxa bilər

12 Kasım 2014
1 246
0
Orxan Zeynalov azadlığa çıxa bilər
Orxan Zeynalov azadlığa çıxa bilər

“Biz Orxan Zeynalovun qatil olmadığına tam inanırıq və noyabrın 27-də keçiriləcək apelyasiya məhkəməsində onun azad olunacağına ümid edirik”.

XezerXeber.com xəbər verir ki, bu barədə Anspress-ə Orxan Zeynalovun vəkili Viktor İvanoviç Anuşkin bildirib.

Moskva sakini Yeqor Şerbakovun ölümündə günahlandırılaraq 17 il iş almış Azərbaycan vətəndaşı, Şəmkir rayon sakini Orxan Zeynalovun işi üzrə Rusiya Ali Məhkəməsinə apelyasiya şikayəti edilib. Ali Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumata görə, apelyasiya məhkəməsi noyabrın 27-ə təyin edilib.

“Qətlin videoyazısından görünür ki, Yeqor Şerbakovu başqa adam öldürüb. Sifət cizgiləri fərqlənir. Ümid edirik ki, noyabrın 27-də məhkəmə bu dəlilləri qəbul edəcək və Orxan Zeynalov azad olunacaq”,- deyə Anuşkin vurğulayıb.

İlkin dindirilmə zamanı Orxan Zeynalov qətli törətdiyini desə də məhkəmə zamanı ilkin ifadəni təzyiq altında verdiyini bildirib. Orxan Zeynalov qətlin baş verdiyi 10 oktyabr 2013-cü il tarixdə hadisənin baş verdiyi Qərbi Biryulevo rayonunda olmadığını bildirib.

Xatırladaq ki, Qərbi Biryulevo rayonunda baş vermiş qətl yerli əhalinin ayağa qalxmasına və qafqazlılar əleyhinə talanlarla müşahidə olunan etiraz aksiyaları keçirilməsinə səbəb olmuşdu. Nəticədə Rusiya hüquq-mühafizə orqanları 400-ə yaxın adamı həbs etmişdi.

Bir çox ekspertlər Orxan Zeynalovun tələm-tələsik həbsinin məhz bu etiraz aksiyalarını susdurmaq üçün təşkil edildiyini bildirirlər. Onun zorakılıqla həyata keçirilən həbsi Rusiya telekanalları tərəfindən geniş işıqlandırılmışdı. Orxan Zeynalov qolları bağlı şəkildə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin kabinetinə aparılaraq diz çökdürülmüşdü. Günahı sübut edilməmiş Azərbaycan vətəndaşı ilə bu cür orta əsr ədası ilə davranılması Rusiyanın bir sıra hüquq müdafiəçilərinin etirazına səbəb olmuşdu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.