Alibaba: bir sutkada 9,32 milyard dollarlıq sövdələşmə

12 Kasım 2014
1 210
0
Alibaba: bir sutkada 9,32 milyard dollarlıq sövdələşmə
Alibaba: bir sutkada 9,32 milyard dollarlıq sövdələşmə

Çinin internet-riteyleri olan Alibaba ötən sutka ərzində elektron meydanlar vasitəsilə 57,1 milyard yuanlıq (9,32 milyard dollar) mal sataraq dünya miqyasında yeni rekord əldə edib.

Müqəddəs Valentin gününün Çin analoqu sayılan 11 noyabr - tənha insanlar gününə həsr olunmuş aksiyada müxtəlif növ məhsullara endirimli satışlar keçirilib.

Aksiya zamanı Çin internet-riteyleri malik olduğu nəhəng dünya bazarı sayəsində Qərb şirkətlərinin ənənəvi yeni il qabağı satışlarını az qala iki dəfə üstələyib.

Noyabrın 11-də 285,5 milyon sifariş yerinə yetirən Alibaba kompaniyasından verilən məlumata görə, alıcıların sayına görə ilk üç yeri müvafiq olaraq Honkonq, ABŞ və Rusiya tutub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.