Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik?
Mütəxəssislər çuğundurun orqanizmə olan təsirini araşdırıb belə nəticəyə gəliblər ki:
- Çuğundurun tərkibində olan betanin orqanizmin hüceyrələrini iltihabdan qoruyur və bununla da bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini xeyli azaldır.
- Həmçinin betanin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
- Sink və selenlə zəngin olan çuğundur imun sisteminə müsbət təsir edir.
- Selen qalxanvari vəzinin (zob) normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Bu səbəbdən qalxanvari vəzi problemləri olanlar da mütləq çuğundur yeməlidir.
- Çuğundur təzyiqi normada saxlamağa kömək edir.
- Çuğundurun tərkibində olan nitratlar beyinin fəaliyyətini yaxşılaşdırır.
- Çuğundur arıqlamağa kömək edir, orqanizmdə piylərin yandırılmasını sürətləndirir.
Feat.Az bildirir ki, diyetoloqlar hər gün 100-200 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.