Soda hamilələri keysəriyyədən qoruya bilər - Qeyri-adi təsiri

29 Kasım 2019
882
0
Soda hamilələri keysəriyyədən qoruya bilər - Qeyri-adi təsiri
Çay sodası dediyimiz qida sodası məhlulu çətin və asta keçən doğuş prosesində yardım edə bilər.

Hamilələrin 20%-də uşaqlığın doğuşa lazım olan dərəcədə və temptdə yığılıb açılmaması səbəbindən sancılar uzun çəkir, doğuş gec bitir və ağır keçir.

Bu anda həkimlər və qadınlar keysəriyyəni seçir. Lakin çay sodası məhlulu keysəriyyədən qaçmaq üçün dölə heç bir zərər vermədən uşaqlığın yaxşı yığılması üçün lazım olan maddəni verə bilər.

Feat.Az xəbər verir ki, Liverpul Universitetinin professor heyəti bildirib ki, soda uşaqlığın turş mühitini neytrallaşdırır, bu da təbii doğuş prosesinə müsbət təsir edir.

Elmi təcrübə çərçivəsində doğuşu ağır keçən 200 qadının vəziyyəti analiz olunub. Bəzi qadınlara sodalı su verilib, digərlərinə isə uşaqlığın yaxşı yığılması üçün oksitosin yeridilib. Nəticədə soda içən qadınlar keysəriyyəyə ehtiyac duymadan təbii doğum ediblər və təbii doğuş 17% artıb. Oksitosin isə 50% kömək edir, təsiri olmadıqda ginekoloqlar təcili əməliyyatı seçir.

Bu üsulun özəlliyi odur ki, ana və uşaq üçün təhlükəsizdir, təbii və əlçatandır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.