Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?

16 Aralık 2019
756
0
Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?
Harvard universitetinin alimləri bildirir ki, hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir. Bu infarkt növü kardioloqların təxminlərindən də çox və tez-tez baş verir. Daha çox orta yaşlı kişilərdə rast gəlinir.

Feat.Az
gizli infarktın səbəb və əlamətlərini təqdim edir.

Gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir.

Məsələn, gizli infarkt qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, qəflətən nəfəsin azca çatışmaması, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir. İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Bİr çoxları isə artıq qocalığın əlamətidir düşünür. Bəzən boğazda düyün, ağrı, sinədə göynəmə olur, bunu isə mədə qıcqırması ilə səhv salırlar.

Adətən insan ürək tutmasını soldan gözləyir, amma bəzən infarkt ürəyin döş qəfəsinin sağa doğru hissəsində baş verərsə ağrı sağa və ya bütünlükdə döş qəfəsi mərkəzinə yayıla bilər.

Hansı əlamətlər gizli infarktdan şübhələndirməlidir:

-Mədənin üstü, altı, sinənin düz mərkəzində sanki basıcı, sıxıcı ağrı, narahatlıq - bir neçə dəqiqə çəkir və gün boyu bir daha təkrarlanmır
-Ümumilikdə bədənin yuxarı hissəsində narahatlıq - boyun, çənə, çiyin, qollar, kürək, boğaz və s
-Dərindən tənəffüsdə sanki sinədə sıxılma
-Dayandırğı yerdə qəfil soyuq tərin gəlməsi, başgicəllənmə, ara sıra ürəkbulanma

Bəzən isə xəstə heç bunları da hiss etmir. Ona görə kişilər hər il ürəklərini kardioqramma və EXQ etdirməlidir.

Alimlər 2000 kişi və qadını 45-84 yaş arası müayinələrini analiz edib, onlarda əvvəl ürək-damar problemi yox idi. 10 il sonra təkrar olaraq bu pasiyentlərə ürəyin MRT-si olunub. Onların 8%-də ürəyində infarkt izi olan çapıq aşkarlanıb. Halbuki bu şəxslər infarkt olduqlarını heç bilməyiblər.
Kişilər qadınlardan 5 dəfə çox gizli infarkt keçirir.

Gizli infarkt riskini nə yaradır:

Siqaret, artıq çəki, fiziki hərəkətsizlik, yüksək təzyiq, şəkərli diabet, stress, xolesterin, lipid mübadiləsi pozulması, irsi amillər
Gizli infarktdan sonra ürəkdə çapıq yaranır, ürək əvvəlkindən daha pis çalışır. Xəstə müayinə, müalicə olunmadıqda, təkrar və daha ağır tutma olur.

Alimlər mədə hissəsində yanma, göynəmə, "izjoqa", təngnəfəslik, xroniki yorğunluğu olan hər kəsi ürəyin USM-ini etdirməyə çağırır. Eləcə də infarkt olub olmamasını Troponin T qan analizi ilə təyin etmək olur.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.