Qalıcı olması üçün ətiri necə vurmalı? – İPUCLARI

09 Aralık 2019
472
0
Qalıcı olması üçün ətiri necə vurmalı? – İPUCLARI
Vurduğunuz ətrin üzərinizdə qalmadığına təəccüblənirsinizsə, demək ondan düzgün istifadə etmirsiniz. Beləliklə, istifadə etdiyiniz ətrin bütün günü üzərinizdən ətrafa qoxu saçması üçün bəzi ipuclarını təqdim edirik:

DƏRİNİ NƏMLƏNDİRİN

Feat.Az
bildirir ki, heç bilirdiniz ki, ətir daha çox yağlı dəridə uzun müddət qalır? Ona görə də ətri vurmazdan əvvəl dərinizə nəmləndirici krem sürtün. Xüsusilə də ətrinizə uyğun olan lasyonla birlikdə vursanız qoxu daha uzunmüddətli olacaq.

DÜZGÜN YERLƏRƏ VURUN

Ətir bədənin isti olan yerlərinə vurulduqda qoxusu daha da yayılır. Ona görə də onu ən çox nəbzin vurduğu hissələrə, yəni qanın dəri səthinə daha yaxın olduğu nahiyyələrə tökün. Ətir daha çox biləklərə, qulaqların arxasına, boyun nahiyyəsinə, dizlərin arxasına və dirsəklərə səpilir.

ƏTRİ DARAĞA VURUN

Heç vaxt ətri saçlarınıza vurmayın, çünki tərkibində spirt var və çox dəyərli saçlarınızın qurumasına və korlanmasına səbəb olur. Saçlarınızın ətirli olmasını istəyirsinizsə ya saçlarınız üçün xüsusi ətirdən istifadə edin, ya da ətri darağa səpib gözləyin ki, spirt uçsun. Daha sonra ziyan vermədən saçlarınızı darayın. Bu üsulla saçlarınız zərər görmədən çox ətirli olacaq.

DÜZGÜN ƏTRİ SEÇİN

Ətir və tualet suyu eyni şey deyil. Halbuki əksəriyyətimiz bu barədə heç düşünmürük. Ətrin tərkibində 20-40% aromatik yağ olur, ona görə də daha çox üzərimizdə qalır. Ətir suyunda (Eau de Parfum) 10-20%, tualet suyunda (Eau de tualet) 10%, bədən spreylərinin tərkibində isə 1-3% aromatik yağ olur. Gündəlik istifadə üçün yaxşı olar ki, ətir suyunu seçin. Lakin parfümünüzü özəl günlər üçün saxlayın.

Yaxşı olar ki, ətri barmaqlarınızın ucu ilə nəbzin vurduğu yerlərə sürtəsiniz. Amma ətir və tualet suyunu isə havaya sıçradıb həmin ətir damcılarının arasından keçin.

ƏTRİ DÜZGÜN VAXTDA VURUN

Ətri vurmağın ən gözəl vaxtı duş qəbul etdikdən dərhal sonra və ya paltarı geyinməzdən əvvəldir. Bu zaman bədəninizdəki nəmlik ətrin yayılmasına kömək edir.

TƏRKİBİNƏ BAXIN

Ətrin qalıcılığı təkcə aromatik yağların konsentrasiyasından deyil, həm də tərkib hissəsindən asılıdır. Ən qalıcı qoxular şərq, bitki və oduncaqdan hazırlanan ətirlərdir. Meyvə qoxulu ətirlər isə tez yox olur, burda diqqətli olun!
Əvvəlki Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (367)
21:00
142

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (367)

20.01.2020 Gündəlik Bürclər (20 Yanvar 2020)
20:00
418

20.01.2020 Gündəlik Bürclər (20 Yanvar 2020)

Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma
19:45
2 100

Kişi və Qadın Beynində Fərqlər - Yumoristik Yanaşma

Boyun xırçılladanlar mütləq oxusun
19:40
1 816

Boyun xırçılladanlar mütləq oxusun

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (385)
19:00
274

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (385)

Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
18:00
167

Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2020 (208)
17:00
277

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2020 (208)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
144

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Soyuqdəyməni aradan qaldıran, arıqladan ACI BİBƏR
15:00
66

Soyuqdəyməni aradan qaldıran, arıqladan ACI BİBƏR

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ