Soyuq havaların ağrılara təsiri

30 Aralık 2019
759
0
Soyuq havaların ağrılara təsiri
Xroniki xəstələrin rütubətli havalarda ağrı hissi daha yüksək olur.

Feat.Az
xəbər verir ki, Mançester universiteti tərəfindən aparılan araşdırmada məlum olub ki, yağışlı havanın ağrılara ciddi təsiri var.

Araşdırmaya İngiltərə daxilində xroniki xəstəliyi, miqreni olan 2500 insan cəlb olunub. 15 ay müddətində həmin insanların ağrı simptomları hava proqnozları ilə qarşılaşdırılıb.

Təcrübənin nəticəsi aşağı təzyiqli və yağışlı günlərdə insanların ağrı hissinin 20 faiz daha çox olduğu məlum olub. Belə ki, soyuq, rütubətli günlərin ağrını artırdığı, lakin təkcə yağışlı havanın və istinin ağrılara heç bir təsiri olmadığı açıqlanıb.

Qeyd edək ki, mütəxəssislər rütubətli havalarda ağrıların artma səbəbini hələ də izah edə bilmirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.