İlin ən Çox Qazanan İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

30 Aralık 2019
739
0
İlin ən Çox Qazanan İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı
Kütləvi informasiya vasitələri bu il üzrə dünyada paylaşımlardan ən çox pul qazanan İnstaqram istifadəçisini müəyyənləşdiriblər.

Feat.Az
xəbər verir ki, 2019-cu il üzrə paylaşımlardan ən çox pul qazanan portuqliyalı futbolçu Kriştiano Ronaldo seçilib.

O, hər paylaşımına görə 780 000 funt sterlinq (təxminən 1 milyon 734 min manat) qazanıb. İl ərzində futbolçu bütün paylaşımlarına görə isə 47,8 milyon dollara (təxminən 81 milyon manat) sahib olub.

İlin ən Çox Qazanan İnstaqram ulduzlarının adları açıqlandı - Siyahı

Ən çox pul qazanan ikinci İnstaqram istifadəçisi isə argentinalı futbolçu Lionel Messi olub. O, bir il ərzində 23,2 milyon dollar (təxminən 40 milyon manat) pul qazanıb.



İlk üçlüyə amerikalı supermodel Kendal Cenner də daxil olub. O, sosial şəbəkə vasitəsilə 12.7 milyon funt sterlinq (təxminən 28.3 milyon manat) əldə edib.



Eyni zamanda ən zəngin İnstaqram ulduzları arasında futbolçular Devid Bekhem, Neymar, müğənni Selena Qomez, model Kayli Cennerin də adları var.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.