Pis ayaq qoxusu. Səbəblər və çarələr

21 Ocak 2020
862
0
Pis ayaq qoxusu. Səbəblər və çarələr
Su və duzlardan ibarət olan tər iysiz olur. Lakin dərinin üzərinə düşdükdə tər burada yaşayan mikroblar və onların ifraz etdiyi toksinlərlə qarışaraq xoşagəlməz qoxuya səbəb olur.

Ayaqların daimi bağlı qalması tər qoxusunun artmasına gətirib çıxardır.

Bu problemlə bir çox insanlar üzləşir.

Xoşagəlməz ayaq qoxusunun səbəbləri arasında:


- güclü tərləmə

- sintetik materiallardan hazırlanmış ayaqqabılar və corablar

- şəxsi gigiyena qaydalarına əməl edilməməsi

- ayaq dərisinin və dırnaqların göbələk xəstəliyi

Ayaq qoxusunu yox etmək üçün məsləhətlər:


1. Hər axşam ayaqlarınızı xüsusi antibakterial sabunla yuyun.

2. Corabları hər gün dəyişin.

3. Ayaqqabıları hər gün havaya verin. Günəş şüaları xoşagəlməz iyi çox yaxşı yox edir.

4. Təbii materiallardan olan ayaqqabı və corab geyinin.

5. İsti havada bağlı ayaqqabı geyinməyin.

6. Ayaqlar üçün olan xüsusi dezodorantlar və antiperspirantlardan istifadə edin.

Xalq təbabəti vasitələri:


1. Palıd ağacı dəmləməsi ayaq qoxusunu yox etməyə kömək edir. 3 x.q. palıd qabığını 1 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün, axşam ayaqlarınızı yuyun və bu dəmləmədə 10 dəqiqə saxlayın.

2. Adi qara çay da yaxşı kömək edir. Artıq qalmış çayı atmayın, vannaya tökün və ayaqlarınızı 5-10 dəqiqə bu vannada saxlayın.

3. 3 xörək qaşığı çobanyastığını 1 l qaynar suda dəmləyin, vam odda qapağı bağlı qazanda 5 dəqiqə saxlayın, soyudun, süzün və ayaq vannaları üçün istifadə edin.

4. 1 l ilıq suya 3 x.q. soda əlavə edin və ayaqlarınızı bu suda yuyun.

5. Suya araq və ya tibbi spirt əlavə edin və ayaq vannaları edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.