Bu ayaqqabılar hansı problemlər yaradır?

11 Şubat 2020
778
0
Bu ayaqqabılar hansı problemlər yaradır?
Hündür dabanlı ayaqqabılar kimi dabansız, həddindən artıq yastı ayaqqabıların da ayaqlar, eləcə də bütünlükdə sümük, əzələ sistemi, onurğa üçün ziyanları var. Son illərdə yastı daban ayaqqabılara meyl atrıb, bu, dəbə çevrilib. Yastı daban ayaqqabılar nə kimi problemlər yarada bilər?

Feat.Az
bununla bağlı fizioterpiya və reabilitasiya üzrə mütəxəssis Pərvin Əkbərovun fikirlərini təqdim edir:

Yüksək dabanlı ayaqqabıların sağlamlığa zərərli uzun illərdən sonra qəbul edilsə də, son zamanlardı getdikcə artan və qadınların sevdiyi ayaqqabı modellərindən birinə çevrilən babetlərin (qadınların arasında baletka adlandırdığı ayaqqabı növü) ziyanları haqda cəmiyyət məlumatsızdır.

Qadınların ən çox geyindiyi babet ayaqqabıların ayaq sağlamlığına göstərdiyi təsirlər hansılardır?

İdeal ayaqqabının daban yüksəkliyi 3-5 sm arasında olmalıdır. Ayaqqabıda mütləq iç daban və iç dabanın da ayağın altındakı boşluğu dəstəkləyən yüksəklik olmalıdır.
- Ayaqqabının çöl tərəfində mütləq daban olmalıdır.
- Ayaqqabının önü və yanları dar olmamalı, barmaqlar yan və üst tərəfdən rahat hərəkət edə bilməlidir.
- Ayaqqabı seçərkən ayaqqabılar ayağa tam oturmalı, xüsusilə də topuq hissəsi ayağı rahat tutmalıdır.
- Sintetik materialdan olan məhsullar alınmamalı, mümkünsə dəridən olan ayaqqabılar geyinilsin.
- Babet ayaqqabıların iç dabanı düzdür, gəzərkən bütün yükün topuğa düşməsinə səbəb olur. Xarici daban isə çox incə və adətən sərt materialdan hazırlanır. Ona görə də yeriyərkən sürtünmə artır. Babet ayaqqabıların qabaq hissəsi dar olduğu üçün ayaq barmaqlar sıxılır və hərəkətsiz qalır. Həmçinin babet ayaqqabılar ayaqları üstdən və yanlardan bərk tuta bilmədiyi üçün topuqlara dəstək ola bilmirlər.
Uzun müddət babet geyildiyi zaman ortaya çıxa biləcək problemləri bu ardıcıllıqla qeyd edək:
Ayaq, topuq və bədənin digər hissələrinə təsir edəcək xəstəliklərə səbəb olur.
Topuğa düşən yüklənmə səbəbindən "daban mahmızı" xəstəliyinə səbəb olur.
Dabandakı elastikliyi qoruyan bağ toxumasının iltihablanmasına, hətta yırtılmasına səbəb olur.
Uzun müddət geyindikdən sonra ayağın altındakı çuxura zərər verərək dabanın çökməsinə, hətta düzdabanlığa gətirib çıxarır.
Topuğu kifayət qədər dəstəkləmədiyi üçün burxulma və yaralanmalara səbəb olur.
Ayaq barmaqlarının sıxılması nəticəsində dırnaq batmasına, ayaq barmaqlarında əyilmələrə, formasının dəyişməsinə və sümük çıxıntıların yaranmasına, baş barmaqların əyilməsinə yol açır.
Babet ayaqqabıların dabanları nazik olduğu üçün ayaqda mazol yaranır.
Gəzərkən topuqda daha çox yüklənməyə səbəb olduğu üçün yerişi pozur, diz, çanaq və bel ağrılarına səbəb olur. Uzun müddət geyindikdə dizlərdə duzlaşmaya gətirib çıxarır.
Ən çox yaz-yay aylarında geyinilən bu ayaqqabıların həyatınızdan tamamilə çıxarmalı olduğunuzu bildirməklə yanaşı bir məsləhəti də qeyd etmək istəyirik ki, babet ayaqqabılar geyinərkən ayaqlarınızın sağlamlığını təhlükə altında qoymaq istəmirsinizsə, ayaqqabının içərisinə ortopedik daban yerləşdirməyi unutmayın. Bu ayaqqabıları davamlı deyil, ara verərək geyinməyi məsləhət görürük.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.